Şadlıq sarayları qiymətləri niyə qaldırmalıdır ki?
07:11 24.06.2021
İqtisadiyyat
743
"Bu, biznes adamlarının, sahibkarların, iş adamlarının spekulyasiyasıdır"
1 il 3 aydan sonra nəhayət ki, ölkəmizdə toyların keçirilməsinə icazə verildi. Belə ki, ötən gün Nazirlər Kabineti yanında Operativ Qərargah 2021-ci il iyulun 1-dən şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verilməsi haqqında qərar verdi. Toy, nişan və ad günlərinin keçirilməsinə icazənin verilməsi şadlıq evləri və restoran işlədənlərin də üzünü güldürüb. İndi toy etmək arzusunda olanlar isə sözün əsl mənasında sıraya düzülüblər.
Qeyd edək ki, şadlıq evləri daxilində hazırlıqlar artıq yekunlaşıb, stol və stullar pandemiya şəraitinə uyğun yerləşdirilib. Artıq menyuların qiymətləri də hazırdır. Say məhdudiyyəti və qoyulan ciddi tələblər şadlıq evlərində qiymətlərin xeyli artmasına səbəb olub. Şadlıq sarayının sahibləri bildirir ki, yalnız menyulardakı yemək çeşidlərinin sayının azaldılması ilə əvvəlki qiymətlərlə toy etmək mümkündür. Şadlıq evləri ilə müqayisədə açıq hava məkanlarında toy qiymətləri isə nisbətən ucuzdur.
İqtisadçı-ekspert Pərviz Heydərov şadlıq saraylarında qiymətlərin xeyli artmasının səbəbləri barədə danışıb. Ekspert hesab edir ki, yeni sezonda toyların 50-150 nəfərlə keçiriləcəyi təqdirdə qiymətlərə təsir edəcəyi haqqında iddia sürmək serkulyasiyadan başqa bir şey deyil:
"Bu, biznes adamlarının, sahibkarların, iş adamlarının spekulyasiyasıdır. Onlar reallıqdan çox-çox uzaq mövqe nümayiş etdirirlər. Bilirsiniz ki, bu sahədə xidmət çeşidi olduqca genişdir. Müxtəliflik özünü daha geniş şəkildə göstərir.
Ona görə də qiymətlərdə rəqabət amili önə çıxmalıdır. Bu günləri Bakıda mindən çox şadlıq sarayı var. Amma bunlar arasında real rəqabətin nədən ibarət olduğunu adi sıravi vətəndaşlar əyani şəkildə ayırd edə bilmir. Bu özü də qiymətlərin şişirdilmiş bir formada meydana gəlməsinə və formalaşmasına şərait yaradırdı.
Hesab edirəm ki, bundan sonra bu sahədə sahibkarlar fəaliyyətlərini daha çox tələb və təklifin nisbəti əsasında quracaqlar. Yəni onlar fəaliyyətlərini real şəraitə uyğun qurmalıdırlar. Artıq pandemiyaya qədər olan dövrdəki kimi köhnə biznes qaydalarına yenidən davam etmək və bərpa eləmək mümkün deyil.
Bunun da toyda iştirak edəcək adamların sayı ilə əlaqələndirilməsi qətiyyən düzgün deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran çox pis vəziyyətdədir - Tramp
22:30 31.07.2026
Gündəm
Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb
21:40 31.07.2026
Dünya
ABŞ Çinin daha 43 şirkətinin idxalına qadağa qoydu
20:51 31.07.2026
Dünya
"Turan Tovuz" Türkiyə klubuna qalib gəldi
20:40 31.07.2026
Futbol
Samir Şərifova yeni vəzifə verildi
20:29 31.07.2026
Siyasət
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
20:20 31.07.2026
Rəsmi
Qəzzanın kölgəsi Seutaya düşdü: İspaniyada İsrail izi axtarılır
19:46 31.07.2026
Gündəm
Bakıda bu dahilərimizin heykəlləri var - ARAŞDIRMA
19:27 31.07.2026
Mədəniyyət
Rusiyada azərbaycanlı bloqerin həbsi tələb olunub
19:25 31.07.2026
Dünya
Rusiya Müdafiə Nazirliyi: Odessa limanına zərbələr endirilib
19:02 31.07.2026
Dünya
Rusiya səfiri Polşa XİN-ə çağırılıb
18:44 31.07.2026
Dünya
XİN: Gürcüstan ABŞ ilə siyasi dialoqa hazırdır
18:37 31.07.2026
Dünya
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
18:22 31.07.2026
Cəmiyyət
Avstriya İspaniya ilə sərhədləri bağlaya bilər
17:59 31.07.2026
Dünya