
Şadlıq saraylarındakı bahalaşmanın səbəbi nədir? -AÇIQLAMA
10:20 03.04.2025
İqtisadiyyat
497
Ramazan ayından sonra bəzi restoranlarda toy menyusunun qiyməti artıb.
ATV məlumat verir ki, bəzi restoranlarda menyunun qiyməti 150 manatdan 450 manata kimi dəyişir.
Vətəndaşların sözlərinə görə, bu qiymətlər büdcəyə uyğun deyil.
Tanınmış iqtisadçı-ekspert Razi Abbasbəyli “Sherg.az”a söyləyib ki, restoranlarda qiymətlərin artmasının bir sıra səbəbləri var:

“Rəsmi statistik məlumatlara görə, ərzaq məhsullarının qiymətlərində 2-2,5 faiz həcmində bahalaşma olub. Əlbəttə ki, bu bahalaşma özünü restoran xidmətlərində də göstərir. Eyni zamanda, nağdsız əməliyyatların həyata keçirilməsi ilə bağlı qoyulmuş tələblərin sərtləşdirilməsi restoran şəbəkəsi üzrə fəaliyyət göstərən iş adamlarının da bir sıra xərclərini artırıb və onlara maliyyə çətinlikləri yaradıb. Azərbaycanda restoran, toy biznesi ilə bağlı ciddi şəkildə israfçılıq var. Tərtib edilmiş menyular bir nəfər üçün nəzərdə tutulmuş qida rasionunun həddindən artıq çox olması, daha çox milli prizmadan yanaşsaq, ət və ət məhsullarına daha çox üstünlük verilməsi, qiymətlərin də bahalaşmasına gətirib çıxarır. Məhz bir aylıq Ramazan ayı ərəfəsindəki həm durğunluq, həm restoran şəbəkələrinin fəaliyyət göstərməsində yaranmış çətinliklər, həmin ay ərzində itirilmiş maliyyənin bərpa edilməsi istiqamətində müəyyən iş adamlarının özünü sığorta addımları kimi qəbul etmək olar. Ona görə də bahalaşmanı normal qəbul etsək də, digər bir tərəfdən də biz burada israfçılığın, bahalı qida rasionlarına, ət və ət məhsullarına üstünlük verilməsinin səbəbi kimi görə bilərik. Bir tərəfdən də diqqət etsək görərik ki, Azərbaycanda spirtli içki məhsulları ilə bağlı aşağı hədd qiymətlər tətbiq olundu. Bu, ötən aydan artıq qüvvəyə minib. Azərbaycanda bu da spirtli içkilərin qiymətinə təsir göstərib və nəticə etibarilə də düşünürəm ki, həm də spirtli içkilərin qiymətlərinin bahalaşması restoran menyularına təsir göstərir. Ona görə də bahalaşmanı restoran sənayesində çalışan iş adamlarının sahibkarların fürsətsizliyi kimi yox, təbii bazar münasibətlərinin ortaya çıxardığı nəticə kimi qiymətləndirmək olar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Yeni Partiya CHP-ni xilas etməyəcək" - Türk politoloqla MÜSAHİBƏ
18:37 27.07.2026
Gündəm
Rumıniya rusiyalı diplomatı ölkədən çıxarır
18:16 27.07.2026
Dünya
Dələduzlar artıq "WhatsApp" üzərindən ov edir - EKSPERT RƏYİ
18:11 27.07.2026
Aktual
Rumıniya Moskvadakı səfirini geri çağırıb
17:48 27.07.2026
Dünya
Bakıda güclü külək nəticəsində 4 nəfər xəsarət alıb
17:30 27.07.2026
Hadisə
İran Ukraynaya raket atsa, özünü məhvə sürükləyəcək - TƏHLİL
17:20 27.07.2026
Aktual
Saatlıda “Tik-tok”da qadınları təhqir edən gənc oğlan cərimələndi
17:03 27.07.2026
Hadisə
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edilib
16:52 27.07.2026
Cəmiyyət
Hövsanda dənizdə batma 13 yaşlı qızın meyiti sudan çıxarılıb
16:25 27.07.2026
Hadisə
Putin: Rusiya Ukraynaya dair qarşısına qoyduğu məqsədlərə çatacaq
16:08 27.07.2026
Dünya
Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb
16:01 27.07.2026
Dünya
Hindistan Ukrayna səfirini çağırdı
15:20 27.07.2026
Dünya
İran husilərə dəstəyi dayandırır
14:58 27.07.2026
Gündəm