Son 1 ayda manat avroya nisbətən 4 faizə yaxın ucuzlaşıb
10:15 09.04.2023
İqtisadiyyat
705
"Manat avroya nisbətən dəyər itirməkdədir".
"Sherg.az" xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov deyib.
Deputat bildirib ki, Mərkəzi Bankın rəsmi məzənnəsinə görə, son 1 ayda manat avroya nisbətən 4 faizə yaxın ucuzlaşıb:
"Son yarım ildə isə manat avroya nisbətən 10 faiz dəyər itirib. Milli valyutamızın Avropa puluna nisbətən ucuzlaşması avronun dollara nisbətən kursundakı dəyişikliklər ilə bağlıdır. Belə ki, manatın dollara nisbətən birbaşa, avroya nisbətən isə çarpaz məzənnəsi müəyyənləşir. Avro dollara nisbətən dəyər qazanan zaman manat da Avropa puluna nisbətən ucuzlaşır. Avronun möhkəmlənməsi Avropadan idxal edilən malların manat ifadəsində xərcinin artmasına səbəb ola bilər. Hələlik bu məhsullarda hissedilən qiymət artımları müşahidə olunmasa da avro güclənməkdə davam edərsə Avropa malları dünya bazarında bahalaşacaq.
Parlament üzvü vurğulayıb ki, avronun dollara nisbətən kursu yenidən yüksəlib:
"Avrozona və xüsusən də Almaniya iqtisadiyyatı ilə bağlı pozitiv rəqəmlər avronun məzənnəsini möhkəmləndirib. ABŞ iqtisadiyyatı da rüblük hədəflərə tam nail ola bilmir. FED-in uçot dərəcəsi artımları istehlak bazarındakı qiymətləri optimal həddə saxlamaq üçün hələlik yetərli deyil. Əksinə, kredit bazarında kəskin bahalaşma müşahidə olunur. Eyni zamanda, dolların beynəlxalq ticarətdə payının azaldılması ilə bağlı səylər də güclənməkdədir. Çin və Braziliya qarşılıqlı ticarətdə dollardan imtina ilə bağlı danışıqları intensivləşdirərək ABŞ pulunun sövdələşmələrdə payının azaldılması istiqamətdə real addımlar atır. Rusiya tarixində ilk dəfə olaraq aylıq ticarət dövriyyəsində Çin valyutası dolları üstələyib. Mart ayında da bu tendensiya davam edib".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zakir Həsənov Belarus müdafiə naziri ilə görüşüb - VİDEO
18:11 15.09.2026
Gündəm
Zaxarova: Paşinyana belə də çatdırın, onu lənətləyəcəklər
17:53 15.09.2026
Siyasət
Kriştianu Ronaldu "Əl-Nəsr" klubunun sahiblərindən biri ola bilər
17:39 15.09.2026
Futbol
Sabirabadda uşaq ölü doğulub - YENİLƏNİB
17:10 15.09.2026
Hadisə
“Azərşəkər”dən kiçik məktəblilərə böyük sevinc
17:10 15.09.2026
Ölkə
108 İLİN XATİRƏSİ: Türk ordusunun Naxçıvana köməyi
17:09 15.09.2026
Tarix
Husilər: Səudiyyə Ərəbistanını hədəfə almaq qanuni haqqımızdır
17:01 15.09.2026
Dünya
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol