
Təyyarə bileti ilə bağlı Gürcüstan modeli əsas götürülməlidir
Yusif Nəzərli
11:38 06.04.2023
İqtisadiyyat
939
Bizdə də rəqabət mühiti yaradılmalı, daha ucuz fəaliyyət göstərən aviaşirkətlərə yol açılmalıdır
“Azərbaycan Hava Yolları” QSC (AZAL) ilə bağlı aparılan islahatların əsas hədəflərindən biri məhz qiymətlərin optimallaşdırılmasıdır”.
Bunu Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib. R.Hümmətov hesab edir ki, AZAL-ın qiymətləri rəqibləri ilə müqayisədə o qədər də baha deyil.

Mövzu ilə bağlı “Şərq”ə açıqlama verən iqtisadçı-ekspert Fuad İbrahimov bildirib ki, optimallaşdırma hər iki tərəfin - həm təklif edənin, həm də digər tərəfin maraqlarına uyğun şəkildə həyata keçirilməlidir: "Qiymətlərin optimallaşması ilə bağlı fikirlər eşitməkdən yorlmuşuq. İllərdir eyni sözləri eşidirik, amma bu sahədə hər hansı bir tədbirlərin görüldüyünə şahid olmamışıq".
Ekspert qeyd edib ki, bizim qarşımızda Gürcüstan kimi bir model mövcuddur: "Gürcüstanda əsas hava limanı Tbilisi hava limanı hesab olunur. Orada da qiymətlər olduqca münasibdir. Buna baxmayaraq, daha ucuz qiymətə fəaliyyət göstərən aviaşirkətlər də mövcuddur. Orada biletin baza qiyməti və göstərilən xidmətlər daha ucuz başa gəlir. Gürcüstanda Kutaisidən dünyanın müxtəlif ölkələrinə 30-50 avroya uçuşlar baş tutur. Bizdə isə göstərilən xidmətlərin qiymətlərimizlə münasib olduğunu irəli sürürük. Lakin qeyd edim ki, orada göstərilən xidmətlər bizdə göstərilən xidmətlərdən heç də geri qalmır".
F.İbrahimov vurğulayıb ki, bizim hava limanımız olduqca komfortlu və gözəldir. Bunun üçün dövlətimizə təşəkkür düşür:
“Ümumiyyətlə, bu sahədə dövlətə irəli sürülən istənilən təklif lazımi dərəcədə dəstəklənir, qiymətləndirilir. Gürcüstan modelinə uyğun olaraq bizdə də ikinci daha ucuz fəaliyyət göstərən aviaşirkətin yaradılması təklif edildi. Bizim ölkədə də buna oxşar şəkildə "Buta" ikinci dərəcəli aviaşirkət olaraq fəaliyyətə başladı. Lakin "Buta"da da qiymətlər heç də əhalinin cibinə uyğun deyil. 2019-cu ildə Kutaisi üzərindən həyata keçirilən uçuşların 35 faizini azərbaycanlı sərnişinlər təşkil ediblər.
Bu göstəricilərin hamısı ölkədən kapital axını deməkdir. Ölkədəki aviaşirkətləri seçənlər isə məcburiyyət qarşısında qaldıqları üçün bu seçimi edirlər. Odur ki, bu optimallaşmanı konkret zaman və məkan çərçivəsində görməyənə kimi mən buna inanmayacam”, - deyə F.İbrahimov vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zakir Həsənov Belarus müdafiə naziri ilə görüşüb - VİDEO
18:11 15.09.2026
Gündəm
Zaxarova: Paşinyana belə də çatdırın, onu lənətləyəcəklər
17:53 15.09.2026
Siyasət
Kriştianu Ronaldu "Əl-Nəsr" klubunun sahiblərindən biri ola bilər
17:39 15.09.2026
Futbol
Sabirabadda uşaq ölü doğulub - YENİLƏNİB
17:10 15.09.2026
Hadisə
“Azərşəkər”dən kiçik məktəblilərə böyük sevinc
17:10 15.09.2026
Ölkə
108 İLİN XATİRƏSİ: Türk ordusunun Naxçıvana köməyi
17:09 15.09.2026
Tarix
Husilər: Səudiyyə Ərəbistanını hədəfə almaq qanuni haqqımızdır
17:01 15.09.2026
Dünya
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol