Ticarət dövriyyəsi 5.1 milyon dollara çatıb
Yusif Nəzərli
08:28 14.04.2023
İqtisadiyyat
579
Son illər Bosniya və Herseqovina ilə Azərbaycan arasında strateji və iqtisadi əlaqələrin dərinləşməsi müşahidə olunur
Azərbaycanın xarici siyasətində Balkan ölkələri ilə münasibətlər mühüm yer tutur. 2022-ci il oktyabrın 1-də istifadəyə verilən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru Serbiyanı ümumi sistemlə birləşdirəcək. Hazırda üzərində iş aparılan layihələr Azərbaycan qazını alan Balkan ölkələrinin əhatə dairəsini daha da genişləndirəcək. Bu layihələr Azərbaycanın region ölkələri ilə münasibətlərinin daha da inkişafında önəmli rol oynayır. Azərbaycanın Balkan ölkələri ilə münasibətlərində Bosniya və Herseqovina ilə əlaqələr də mühüm yer tutur.
Bu ölkə ilə münasibətlərin əsası hələ sovet dövründə qoyulub. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1972-ci il oktyabrın 20-də Bakı və Sarayevo şəhərləri arasında dostluq və əməkdaşlıq sazişi imzalanıb, qardaşlaşmış şəhərlər münasibətləri qurulub. Ölkələrimiz arasında diplomatik münasibətlər 1995-ci ildə qurulub. Həmin il fevralın 9-da Bosniya və Herseqovina Azərbaycan Respublikasının müstəqilliyini tanıyıb. Azərbaycanın Sarayevo şəhərində diplomatik nümayəndəliyi 2011-ci il martın 1-də təsis olunub. Ötən il iyunun 14-də isə Prezident İlham Əliyev Azərbaycanın Bosniya və Herseqovinada səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında Sərəncam imzalayıb. Azərbaycanla Bosniya və Herseqovina arasında iqtisadi münasibətlər sürətlə inkişaf etsə də, mövcud göstəricilər bu sahədəki potensialı tam əks etdirmir. 2022-ci ildə Bosniya və Herseqovina Azərbaycanın 79-cu xarici ticarət tərəfdaşı olub. Həmin ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 5 milyon ABŞ dolları, o cümlədən idxalın həcmi 2 milyon dollar, ixracın həcmi isə 3 milyon dolları təşkil edib. 2021-ci illə müqayisədə ötən il Bosniya və Herseqovina ilə ticarət dövriyyəsi üç dəfə artıb.
Millət vəkili Vüqar Bayramov deyib ki, son illər Bosniya və Herseqovina ilə Azərbaycan arasında strateji və iqtisadi əlaqələrin dərinləşməsi müşahidə olunur. Deputat vurğulayıb ki, 2022-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 5.1 milyon dollar olub: "Ötən il Azərbaycan ilə Bosniya və Herseqovina arasındakı ticarət dövriyyəsi 3,2 dəfə artıb. 2020-ci illə müqayisədə isə artım 7 dəfə olub.
Aydındır ki, tərəflər arasında ticarət dövriyyəsinin artırılması üçün daha böyük potensial var. Azərbaycan Prezidentinin səfəri və aparılan müzakirələr bu imkanlardan daha çox faydalanmağa şərait yaradacaq. Bu baxımdan, Azərbaycan Prezidentinin Bosniya və Herseqovinaya səfəri ölkələr arasında münasibətlərin inkişafında yeni mərhələ olacaq. Bosniya və Herseqovina ilə həm enerji, həm də neftdən kənar sektorlar üzrə əməkdaşlıq imkanları var. Bosniya və Herseqovina da Azərbaycandan qaz almaq niyyətində olan ölkələrdəndir. İon-Adriatik (IAP) kəmərinin TAP-a inteqrasiyası mümkündür. Bu isə sözügedən ölkənin Azərbaycan qazından istifadəsinə gətirib çıxara bilər. İAP-ın ötürücülük qabiliyyəti ildə 5 milyard kubmetrdən çox olacaq. Avropada Azərbaycan mavi qazına tələb artır. Bu isə ölkənin geosiyasi mövqeyinin daha da güclənməsinə gətirib çıxarır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zakir Həsənov Belarus müdafiə naziri ilə görüşüb - VİDEO
18:11 15.09.2026
Gündəm
Zaxarova: Paşinyana belə də çatdırın, onu lənətləyəcəklər
17:53 15.09.2026
Siyasət
Kriştianu Ronaldu "Əl-Nəsr" klubunun sahiblərindən biri ola bilər
17:39 15.09.2026
Futbol
Sabirabadda uşaq ölü doğulub - YENİLƏNİB
17:10 15.09.2026
Hadisə
“Azərşəkər”dən kiçik məktəblilərə böyük sevinc
17:10 15.09.2026
Ölkə
108 İLİN XATİRƏSİ: Türk ordusunun Naxçıvana köməyi
17:09 15.09.2026
Tarix
Husilər: Səudiyyə Ərəbistanını hədəfə almaq qanuni haqqımızdır
17:01 15.09.2026
Dünya
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol