
Toyuq ətinin qiyməti ucuzlaşmayacaq
Yusif Nəzərli
19:54 18.05.2023
İqtisadiyyat
780
Olsa belə, ciddi fərq hiss olunmayacaq
Arpa, buğda, kəpək kimi dənli bitkilərin qiymətində enmə müşahidə olunur.
"Xezerxeber.az"ın məlumatına görə, ucuzlaşma 10-20 qəpik arasında dəyişir: “Satıcılar deyiblər ki, arpa 60 qəpiyə satılır. Əvvəlki qiymət isə 75-80 qəpik arasında dəyişirdi. Satıcılar deyirlər ki, qarşıdan biçin mövsümü gəlir. Qiymətlərin bir qədər də enəcəyi ehtimal edilir.
Qeyd edək ki, dənli bitkilərin ucuzlaşmasının toyuq ətinin qiymətinə təsir edəcəyi ehtimal edilir. İqtisadçı-ekspert Eyyub Kərimlinin sözlərinə görə, idxal olunan quş yemi gömrük rüsumundan bir neçə illik azad olunmuşdu: "Həmçinin ölkədə artıq buğda və arpanın biçim mövsümü başlayıb. Bu da sözsüz ki, qiymətlərin aşağı enməsinə təsir göstərir. Hesab edirəm ki, bu baxımdan toyuq ətinin qiymətində enmə müşahidə edə bilərik. Çünki bundan əvvəl quş əti istehsalçıları yemin bahalaşması ilə əlaqədar qeyd edirdilər ki, "Yem bahadır və quş ətinin qiyməti artıb”. Əgər yem ucuzlaşıbsa, demək, quş ətində də 15-20 faiz qiymət enimi müşahidə edə bilərik".

Kənd təsərrüfatı eksperti Rauf Qarayev isə ”Şərq”ə açıqlamasında deyib ki, toyuq ətinin ucuzlaşması üçün tək dənli bitkilərinin ucuzlaşması əsas deyil. Bu, sadəcə ucuzlaşmanın komponentlərinin biridir:
“Toyuqlar üçün istifadə olunan digər yemlər də var, həmçinin onun saxlanması, xəstəliklərdən müalicə olunması, qorunması üçün dərmanlar da var. Bu sahədə kompleks şəkildə ucuzlaşma olmadığından toyuq ətinin qiymətinin ucuzlaşacağını düşünmürəm. Belə bir şey olsa belə, ciddi fərq hiss olunmayacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa Parlamenti Ermənistanla bağlı qərarı təsdiqlədi
15:32 15.09.2026
Gündəm
Skuterlə sərnişin daşımaq olmaz, bu qadağandır - Eldəniz Cəfərov
15:31 15.09.2026
Aktual
Əraqçi Pekinə gedəcək
15:26 15.09.2026
Dünya
Lukaşenko: Belarusda siyasi məhbus yoxdur
15:19 15.09.2026
Gündəm
Ərdoğan Azərbaycanı təbrik edib
14:55 15.09.2026
Gündəm
Nazir: Hakan Fidanın Azərbaycana səfəri tarixi günə təsadüf edir
14:31 15.09.2026
Gündəm
Lavrov: Rusiya Ukrayna üzrə yeni danışıqlar raunduna hazırdır
13:49 15.09.2026
Gündəm
Putinin köməkçisi: Polşanı iki günə məhv edərik
13:35 15.09.2026
Dünya
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
13:12 15.09.2026
Siyasət
"Barselona" Hansi Flikin xələfini seçdi
12:47 15.09.2026
Futbol
Bəs dənizin ortasında yosun varsa?
12:47 15.09.2026
Cəmiyyət
Astarada 74 yaşlı kişi damdan yıxılaraq ölüb
12:35 15.09.2026
Hadisə
Uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
12:25 15.09.2026
Cəmiyyət
Kəlbəcərdə 121 şagird yeni tədris ilinə başlayıb
12:12 15.09.2026
Elm və Təhsil