"Trendyol"a tapşırılıb ki, bəzi markaları Azərbaycana göndərməsin - İddia
Yusif Nəzərli
16:09 15.05.2023
İqtisadiyyat
696
“Məlum olduğu kimi, bir neçə gündür "Trendyol" sifarişləri birbaşa Azərbaycana çatdırmağa başlayıb. Bu yenilik müştərilərin işini asanlaşdırsa da, bəzi geyim markaları ölkəyə göndəriş həyata keçirməyəcək. Buna səbəb kimi həmin şirkətlərin Azərbaycanda geniş ticarət şəbəkəsinin olması göstərilir. Fikrimcə, bəzi geyim markalarının ölkəyə göndərişinin birbaşa həyata keçirilməməsi verilmiş göstərişlə bağlı ola bilər”.
Bunu Bakupost.az -a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, bir çox geyim markalarının Gürcüstanda da ticarət şəbəkələri var:
"Düşünmürəm ki, "Trendyol" Gürcüstana birbaşa çatdırılmada hansısa geyim markasına qadağa qoysun. Deməli, Azərbaycanla bağlı xüsusi bir qərar verilib. Bu, geyim markalarını Azərbaycana gətirib satan şəxslərin maraqlarına toxunmamaq məqsədi daşıyır".
İqtisadçı hesab edir ki, "Trendyol" bu qərarısərbəst qəbul etməyib, bu məsələdə ona müəyyən tapşırıq olub:
"Çünki, "Trendyol" bu məsələdə müştəri və gəlir itirir. Onun özünə qalsa, belə bir qərar verməsi mümkün deyil. Əgər belə davam edərsə, sifarişlər başqa ölkələr üzərindən veriləcək. Yaxud da, "Trendyol"un birbaşa çatdırılması xidmətindən istifadə edilməyəcək”.
Natiq Cəfərli bildirib ki, bu gün "Alibaba" kimi məşhur onlayn satış platforması Çindən də geyim markaları satışını həyata keçirir:
"Onda belə çıxır ki, biz sabah "Alibaba" ilə tərəfdaşlığa başlasaq, Çindən geyim markalarının daşınmasına məhdudiyyət qoyulmalıdır ki, həmin ölkənin malları "Sədərək" Ticarət Mərkəzində də satılır? Bu məntiqsiz addımdır. Bu qərar Azərbaycanda yerli ticarət şəbəkələrinin maraqlarını müdafiə üçün verilmiş çox səhv qərardır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol
Bakıdakı tıxac problemini kritik həddə çatıb - Hüquqşünas
16:02 15.09.2026
İnfrastruktur
Hakan Çalhanoğlu zədələndi
15:49 15.09.2026
Futbol
Məhkuma poçtla göndərilmiş bağlamada narkotik aşkarlanıb
15:44 15.09.2026
Hadisə
Bu il Azərbaycana 600-dən çox elektromobil idxal edilib
15:33 15.09.2026
İqtisadiyyat
Avropa Parlamenti Ermənistanla bağlı qərarı təsdiqlədi
15:32 15.09.2026
Gündəm
Skuterlə sərnişin daşımaq olmaz, bu qadağandır - Eldəniz Cəfərov
15:31 15.09.2026
Aktual
Əraqçi Pekinə gedəcək
15:26 15.09.2026
Dünya
Lukaşenko: Belarusda siyasi məhbus yoxdur
15:19 15.09.2026
Gündəm
Ərdoğan Azərbaycanı təbrik edib
14:55 15.09.2026
Gündəm
Nazir: Hakan Fidanın Azərbaycana səfəri tarixi günə təsadüf edir
14:31 15.09.2026
Gündəm
Lavrov: Rusiya Ukrayna üzrə yeni danışıqlar raunduna hazırdır
13:49 15.09.2026
Gündəm