Türk lirəsi dəyər itirir
07:51 31.05.2023
İqtisadiyyat
661
Eldəniz Əmirov: "Pul siyasətində dəyişiklik edilməzsə, dollar qısa müddətdə 25 TL-yə qədər, ilin sonuna daha çox bahalaşa bilər"
Türkiyə lirəsi (TL) dəyər itirməkdə davam edir.
Ötən gün dollar qarşısında rekord həddə ucuzlaşan TL 20,24 səviyyəsinə qədər ucuzlaşıb. Bu gün isə TL 0,5 faiz dəyər itirib.
Amerikanın investisiya bankı “Morgan Stanley”ə görə, seçkilərdə qalib gələn Prezident R.T.Ərdoğan indiki aşağı faiz siyasətinə sadiq qalarsa, türk lirəsinin dollar qarşısında 29 faiz dəyər itirməsi riski var. Ekspetlər hesab edir ki, Türkiyənin pul siyasətində dəyişiklik edilməzsə, dollar qısa müddətdə 26 TL-yə qədər, ilin sonuna kimi isə 28 TL-yə qədər bahalaşa bilər. Qeyd edək ki, lirə ilin əvvəlindən bəri 8 faizə yaxın dəyər itirib.
İqtisadçı-ekspert Eldəniz Əmirovun “Şərq”ə açıqlamasına görə, pul siyasətində dəyişiklik edilməzsə, dollar qısa müddətdə 25 TL-yə qədər, ilin sonuna daha çox bahalaşa bilər: “Nə qədər ki, Türkiyənin iqtisadi siyasətində heterodoks (qeyri-ortodoks) siyasət yürütməsi davam edəcək, o müddət ərzində ölkədəki iqtisadi təlatümlər müşahidə ediləcəkdir. Düzdür, dünyada belə təcrübələr var ki, hiperinflyasiya dövrlərində heterodoks iqtisadi siyasət aparılır. Amma indiyə qədər ortodoks yanaşmadan tam ayrılaraq tətbiq edilən heterodoks siyasətin davamlı uğur qazanması mumkun olmayıb. Buna görə də hesab edirəm ki, Türkiyə hökumətinin iqtisadi siyasətlərində “U” dönüşü olmadığı müddətcə ölkədə kəskin valyuta böhranı riski artacaqdır. Hazırda bu vəziyyət lirəyə satış böhranı yaşadır. Bu böhranda isə Türkiyəni tərk etməyə çalışan kapitalın rolu getdikcə böyüyəcək. Eyni zamanda böyük xarici öhdəlikləri olan türk şirkətləri artan dövriyyə riski ilə üzləşəcəklər. Ona görə də iqtisadi siyasət istiqamətində dəyişiklik edilmədən Türkiyə daha sərt kapital nəzarəti ehtimalının artması ilə daha ekstremal tədiyyə balansı böhranına doğru gedir”.
İqtisadçının sözlərinə görə, Türkiyənin tədiyyə balansı və xarici buferlər üzərində kəskin təzyiqləri qismən azaltmaq üçün birbaşa kreditləşdirmə, valyuta mübadiləsi və enerji ticarəti sazişləri şəklində daha çox ikitərəfli və əsasən qeyd-şərtsiz xarici dəstəyə ehtiyacı vardır: “Sözsüz ki, bu məsələdə Azərbaycan ən yaxşı tərəfdaşlardan biridir. Bir müddət öncə qeyd etdiyim kimi, Türkiyə iqtisadiyyatının bu təlatümlü vəziyyətdən çıxması və genişləndirilməsi üçün həm də bir sıra geniş imkanları vardı. Bu imkanlar haqqında danışdığımdan təkrar lüzum görmürəm. Sadəcə, hazırda öncə Nazirlər Kabinetinin tərkibinin müəyyənləşdirilməsinə, iqtisadi idarəçiliyə gətiriləcək insanların elan edilməsinə və iqtisadi perspektivlə bağlı yeni yol xəritəsinin təqdim edilməsinə ehtiyac vardır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lavrov: Rusiya Ukrayna üzrə yeni danışıqlar raunduna hazırdır
13:49 15.09.2026
Gündəm
Putinin köməkçisi: Polşanı iki günə məhv edərik
13:35 15.09.2026
Dünya
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
13:12 15.09.2026
Siyasət
"Barselona" Hansi Flikin xələfini seçdi
12:47 15.09.2026
Futbol
Bəs dənizin ortasında yosun varsa?
12:47 15.09.2026
Cəmiyyət
Astarada 74 yaşlı kişi damdan yıxılaraq ölüb
12:35 15.09.2026
Hadisə
Uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
12:25 15.09.2026
Cəmiyyət
Kəlbəcərdə 121 şagird yeni tədris ilinə başlayıb
12:12 15.09.2026
Elm və Təhsil
“Real Madrid”in sabiq hücumçusu “Valensiya”ya təklif olundu
12:07 15.09.2026
Futbol
Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
11:57 15.09.2026
Gündəm
Sabirabadda uşaq ölü doğulub
11:14 15.09.2026
Hadisə
Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlanıb
11:06 15.09.2026
Hadisə
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
10:57 15.09.2026
Ölkə
1665-ci gün: Rusiyanın itkiləri yeniləndi
10:27 15.09.2026
Dünya