Türkdilli Dövlətlərin Rəqabət Şurası yaradılıb
Yusif Nəzərli
07:36 25.01.2024
İqtisadiyyat
428
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbaybəylinin rəhbərlik etdiyi nümayəndə heyəti Türk Dövlətləri Təşkilatına (TDT) üzv türkdilli dövlətlərin rəqabət qurumlarının iclasına qatılmaq məqsədilə Türkiyənin İstanbul şəhərinə işgüzar səfər edib.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib.
Məlumata görə, tədbirdə Türkiyə Respublikasının Ticarət Nazirliyi, Türkiyə Rəqabət Qurumu, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Özbəkistan, Türkmənistan və Şimali Kipr Türk Respublikalarının rəqabət orqanlarının nümayəndələri iştirak ediblər.
Tədbirin keçirilməsində məqsəd “Türkdilli Dövlətlərin Rəqabət Şurası”nın təsis edilməsi, bu platforma üzərindən rəqabət orqanları arasında məlumat mübadiləsinin təmin olunması, qlobal çətinliklərlə mübarizə, rəqabət siyasəti və hüququnun inkişaf etdirilməsi, ölkələrarası inteqrasiya və regional əməkdaşlığın gücləndirilməsi olub. Tədbirdə Türkiyənin ticarət naziri Ömər Bolat, Türkiyə Rəqabət Qurumunun rəhbəri Birol Küle və digər rəsmilər çıxış edib. İclas türkdilli dövlətlərin rəqabət qurumlarının təqdimatları və əməkdaşlıq layihələrinin müzakirəsi ilə davam etdirilib.
Təbirdə çıxış edən Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Türk Dövlətləri Təşkilatının quruma üzv dövlətlər arasında iqtisadi, mədəni və siyasi əlaqələrin inkişafında rolunu vurğulayıb. Daha sonra Azərbaycanda rəqabətin qorunması və təkmilləşdirilməsi istiqamətində Dövlət Xidmətinin təşəbbüsü ilə hazırlanan Rəqabət Məcəlləsində yer alan tənzimləmə müddəalarından söz açılıb. Bildirilib ki, Məcəllə ölkədə biznes və investisiya mühitinin inkişafına və səmərəliliyin artırılmasına töhfə verəcək. Vurğulanıb ki, Dövlət Xidməti tərəfindən həyata keçirilən tədbirlər bazar subyektləri və istehlakçıların mənafelərinin qorunması, rəqabətli iqtisadi mühitin inkişafı, keyfiyyət sahəsində cəmiyyətin rifahının təmin olunmasına hədəflənib.
İclasın sonunda rəqabət qurumlarının rəhbərləri tərəfindən “Türkdilli Dövlətlərin Rəqabət Şurası” nın təsis edilməsinə dair sənəd imzalanıb və eyniadlı Şuranın yaradılması elan edilib. Bundan əlavə, tərəflər Türkdilli Dövlətlərin Rəqabət Şurası çərçivəsində Şuşa şəhərində Rəqabət Forumunun keçirilməsinə dair razılığa gəliblər.
Səfər çərçivəsində, həmçinin Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli və Türkiyə Rəqabət Qurumunun rəhbəri Birol Küle arasında ikitərəfli görüş keçirilib. Görüşdə qardaş ölkə ilə ticarət əlaqələri və əlverişli investisiya layihələrinin həyata keçirilməsində sağlam rəqabət mühitinin önəmindən bəhs edilib. Qabaqcıl beynəlxalq təcrübə əsasında hazırlanmış və yenicə təsdiq olunmuş Rəqabət Məcəlləsində biznes və rəqabət mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində tətbiq olunan müasir yanaşmalar barədə məlumat verilib. Hər iki qurumda kadr potensialının inkişafı məqsədilə əməkdaşların uzunmüddətli qarşılıqlı olaraq iş prosesinə cəlb olunması, rəqabət sahəsində məlumat bazasının inkişaf etdirilməsi üçün nəzəri və praktiki baxımdan təcrübə mübadiləsi istiqamətlərində razılıq əldə edilib.
Qeyd edək ki, Türk Dövlətləri Təşkilatı (TDT) türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım etmək məqsədi daşıyan beynəlxalq hökumətlərarası təşkilatdır. Təşkilat türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünya çempionatı: Uşanqi Kokauri finala yüksəldi - YENİLƏNDİ
15:21 10.10.2026
İdman
Ermənistanda hərbçi odlu silah yarasından ölüb
14:30 10.10.2026
Hadisə
Şahbaz Şərif İlham Əliyevə zəng edib
14:17 10.10.2026
Gündəm
“Bunu başqa yolla da həll edə bilərəm” - Tacirdən xəbərdarlıq
13:18 10.10.2026
Mədəniyyət
135 min nəfərlik nəhəng stadion inşa edilir
13:15 10.10.2026
İdman
Panamada zəlzələ: 27 nəfər xəsarət alıb, 400-dən çox bina zədələnib
12:58 10.10.2026
Dünya
Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanıldı
12:57 10.10.2026
Hadisə
90 gündən çox gecikdirilən kreditlərlə bağlı dəyişiklik
12:52 10.10.2026
İqtisadiyyat
ABŞ-da atışma nəticəsində 5 nəfər öldü
12:47 10.10.2026
Dünya
Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı
12:39 10.10.2026
İdman
Yağışlı hava qəzaya səbəb ola bilər: DYP-dən vacib çağırış
12:16 10.10.2026
İnfrastruktur
35 yaşından sonra yürüşə başlayanlar nələrə diqqət etməlidir?
11:39 10.10.2026
Sağlamlıq
Türkiyədə 3 400 il əvvələ aid kral arxivi aşkarlanıb
11:33 10.10.2026
Tarix
Venger FİFA prezidentliyinə namizəd ola bilər
11:15 10.10.2026
Futbol