
Türkiyədə lirənin kəskin ucuzlaşmasının SƏBƏBİ NƏDİR? - İqtisadçı AÇIQLADI
Yusif Nəzərli
18:30 06.06.2023
İqtisadiyyat
882
Bunun hər nə qədər yan təsirləri olsa da, ölkə iqtisadiyyatının gücləndirilməsinə hesablanıb
Türkiyədə lirə kəskin şəkildə ucuzlaşmaqda davam edir.
İyunun 5-də birjalarda dollar/Türkiyə Lirəsi məzənnəsi rekordunu yeniləyib 21,15 səviyyəsinə qədər yüksəlib. Yəni dünən üçün TL dollar qarşısında 0,8 faiz dəyər itirib. Son bir ayda isə lirə 8 faiz ucuzlaşıb. Türkiyə Mərkəzi Bankı isə dolların bugünkü məzənnəsini alış üzrə 20.8447 TL, satış üzrə 20.8822 TL müəyyən edib. Türkiyə lirəsi paralel olaraq Azərbaycan manatı qarşısında da rekord şəkildə eniş edib. Azərbaycan Mərkəzi Bankının iyunun 5-də açıqladığı məzənnəyə əsasən, 1 TL 0,0805 manata ticarət edilir.
Xarici ekspertlər isə hesab edir ki, Türkiyənin pul siyasətində dəyişiklik edilməzsə, dollar qısa müddətdə 26 TL-yə qədər, ilin sonuna kimi isə 28 TL-yə qədər bahalaşa bilər.

İqtisadçı-ekspert Rauf Qarayevin “Şərq”ə açıqlamasına görə, Türkiyədə lirənin kəskin ucuzlaşması düşünülmüş addımdır. Hər nə qədər yan təsirləri olsa da, ölkə iqtisadiyyatının gücləndirilməsinə hesablanıb: “Milli valyutaların dəyərdən düşməsi adətən maliyyə sahəsindəki problemlərdən qaynaqlanır. Bəzi ölkələr valyuta kursunun sabit saxlanılmasına çalışır ki, bu da əlavə maliyyə itkisi deməkdir. Elə Azərbaycanın özündə də bu variantdan istifadə edilir. Amma Türkiyə oturuşmuş iqtisadiyyata sahib olduğundan lirəni sabit saxlamaq üçün bu varianta əl atmır. Pulun dəyərdən düşməsi hər nə qədər əhalinin narazılığına səbəb olsa da, hökumətin yeritdiyi bu siyasətin bir strategiya olduğunu düşünürəm.
İqtisadiyyatın ən məşhur hipotezlərindən biri, ”milli valyutanın xarici valyutalar qarşısında dəyəri ilə, xarici ticarət arasındakı əlaqəni ortaya qoyan hipotez"dir. Yəni ölkənin valyutası xarici valyutalara nisbətdə ucuzlaşarsa, ixrac ucuzlaşacağı üçün artacaq, idxal isə bahalaşacağı üçün azalacaq. Təbii ki, belə olan şəraitdə digər iqtisadi faktorlar da nəzərə alınmalıdır.
Bildiyimiz kimi, Türkiyə iqtisadiyyatının müəyyən hissəsi xarici investorlarla bağlıdır. Ölkədə istehsal olunan malların dünya bazarına çıxışı və xarici valyutaların ölkəyə gətirilməsi onlar üçün xüsusi əhəmiyyət daşıyır. Türkiyə valyutasının dəyərdən düşməsi bu ölkənin ixrac mallarının ucuzlaşmasına səbəb olacağı üçün ölkənin ixrac potensialı daha da arta bilər. Eyni zamanda türk lirəsinin ucuz olması turistlər üçün də cəlbedici haldır.
Fikrimcə, qardaş ölkə istəsə, qısa bir zamanda TL-nin ucuzlaşmasının qarşısını ala bilərlər. Türkiyə iqtisadiyyatı üçün bu, o qədər də çətin deyil.
Xatırladım ki, dünyada ən ucuz valyutaya sahib ölkələrdən biri Yaponiyadır və bu ölkə eyni zamanda iqtisadi gücünə görə lider ölkələr sırasındadır. Yaşayış səviyyəsi də bir çox ölkələrdən yüksəkdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lavrov: Rusiya Ukrayna üzrə yeni danışıqlar raunduna hazırdır
13:49 15.09.2026
Gündəm
Putinin köməkçisi: Polşanı iki günə məhv edərik
13:35 15.09.2026
Dünya
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
13:12 15.09.2026
Siyasət
"Barselona" Hansi Flikin xələfini seçdi
12:47 15.09.2026
Futbol
Bəs dənizin ortasında yosun varsa?
12:47 15.09.2026
Cəmiyyət
Astarada 74 yaşlı kişi damdan yıxılaraq ölüb
12:35 15.09.2026
Hadisə
Uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
12:25 15.09.2026
Cəmiyyət
Kəlbəcərdə 121 şagird yeni tədris ilinə başlayıb
12:12 15.09.2026
Elm və Təhsil
“Real Madrid”in sabiq hücumçusu “Valensiya”ya təklif olundu
12:07 15.09.2026
Futbol
Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
11:57 15.09.2026
Gündəm
Sabirabadda uşaq ölü doğulub
11:14 15.09.2026
Hadisə
Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlanıb
11:06 15.09.2026
Hadisə
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
10:57 15.09.2026
Ölkə