Türkmənistan Ermənistana qaz verəcəkmi?
Yusif Nəzərli
09:24 13.04.2023
İqtisadiyyat
462
Təbii ki, hər şey Berdımuhəmmədovların cavabından asılı olacaq
"Rəsmi İrəvan Tehranla türkmən qazının "svap" şərtlərlə Ermənistana nəqli ilə bağlı danışıqlar aparıb. Bu məqsədlə İran-Ermənistan qaz kəmərinin buraxıcılıq gücünün artırılması da müzakirə edilib". Bu barədə Neft Araşdırmalar Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə ekspert İlham Şaban deyib. Ekspert bildirib ki, Ermənistanın birbaşa İrandan qaz almaq istəməsinin başlıca səbəbi sanksiya altında olan ölkə ilə münasibətlərinin yüksəlişini nəzərdən yayındırmaqdır: "İndiyə qədər İrandan aldığı qaz kommersiya idxalı hesab edilmir: Ermənistan İrandan aldığı hər kubmetr qazdan təqribən 4,5 kVt/saat elektrik enerjisi istehsal edir və onun 3 kVt/saatını İrana qaytarır. Yerdə qalanını özünün ehtiyaclarına yönəldir. Bir növ daxili istehlakda müəyyən həcmdə “pulsuz işıq” yaratmaq imkanı qazanır. İran qazı Rusiya mavi yanacağından bahalı olduğundan Ermənistan tərəfi cənub qonşusunun mütəmadi təkliflərindən yayınır. Həmçinin yaddan çıxartmaq olmaz ki, Ermənistan ərazisindəki bütün magistral qaz kəmərləri “Gazprom Armenia” şirkətinin mülkiyyətindədir. Rusiya tərəfi ilə razılaşdırmadan ”qazın kommersiya idxalının şaxələndirilməsi” rəsmi İrəvan üçün daxili bazarda istehlak qiymətlərinin bahalaşması probleminə də gətirib çıxara bilər. Türkmənistan Ermənistana "svap" şərtlərlə İran üzərindən qaz sata bilərmi? Yəni rəsmi İrəvan Aşqabada belə bir təkliflə müraciət edə bilər ki, "Azərbaycana satdığınız şərtlərlə sizdən qaz idxal etmək istəyirik". Təbii ki, hər şey Berdımuhəmmədovların cavabından asılı olacaq. Və aydın olmayan odur ki, Xəzərin o tayındakı Oğuz türkləri bu təklif olduğu təqdirdə onu necə cavablandıracaqlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zakir Həsənov Belarus müdafiə naziri ilə görüşüb - VİDEO
18:11 15.09.2026
Gündəm
Zaxarova: Paşinyana belə də çatdırın, onu lənətləyəcəklər
17:53 15.09.2026
Siyasət
Kriştianu Ronaldu "Əl-Nəsr" klubunun sahiblərindən biri ola bilər
17:39 15.09.2026
Futbol
Sabirabadda uşaq ölü doğulub - YENİLƏNİB
17:10 15.09.2026
Hadisə
“Azərşəkər”dən kiçik məktəblilərə böyük sevinc
17:10 15.09.2026
Ölkə
108 İLİN XATİRƏSİ: Türk ordusunun Naxçıvana köməyi
17:09 15.09.2026
Tarix
Husilər: Səudiyyə Ərəbistanını hədəfə almaq qanuni haqqımızdır
17:01 15.09.2026
Dünya
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol