Vay kəndçinin halına…
Yusif Nəzərli
19:56 16.05.2023
İqtisadiyyat
634
Aramsız yağışlar meyvə və tərəvəzlərin məhsuldarlığına mənfi təsir göstərəcək
Anomal hava şəraiti may ayı üçün xarakterik deyil
Ölkə ərazisində anomal hava şəraiti hökm sürür. Mayın 15-ci gününü yaşasaq da, havalar noyabr ayını xatırladır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu mayın 14-də iqlim normasından 2.8° aşağı olub. Belə ki, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, dağlıq ərazilərdə qar yağır.
Mütəxəssislərin fikrincə, qeydə alınan yağıntılar əkin-biçinə müsbət təsir etsə də, havanın qəfil dəyişməsi günlük həyatımızla yanaşı torpağa və kənd təsərrüfatı məhsullarına ciddi ziyan vurur. Mövzu ilə bağlı Trend-ə danışan Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Hüseynov isə bu iddiaları təkzib edib. Onun sözlərinə görə, may ayı ərzində təbiət hadisələrinin - leysan, dolu və qarın təsərrüfatlara vurduğu zərər respublika üzrə kənd təsərrüfatı məhsullarının istehsalına, ümumi məhsuldarlığa təsir göstərəcək dərəcədə deyil. O bildirib ki, bölgələrdə hava şəraitinin kəskin dəyişməsi nəticəsində təsərrüfatlarını sığortalamış fermerlər tərəfindən Aqrar Sığorta Fonduna müraciətlər daxil olmaqdadır: "Müraciətlər əsasında Fond tərəfindən fermerlərə dəymiş zərərin müəyyən olunması üçün müstəqil sığorta ekspertlərinin bölgələrə ezam olunması təmin edilir. Ekspertlər tərəfindən dəymiş zərər müəyyən olunduqdan sonra sığorta ödənişlərinin edilməsi barədə qərar qəbul olunacaq. V.Hüseynov qeyd edib ki, son dörd gündə bu məsələ ilə bağlı Fonda cəmi 12 müraciət daxil olub. "Yəni müraciətlərin sayının azlığı baş verən hadisələrin ümumi məhsuldarlığa təsirinin olmayacağını göstərir", - şöbə müdiri deyib.
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov da hesab edir ki, hava şəraiti may ayı üçün anomal hesab olunsa da, respublika üzrə təsərrüfatlara elə də böyük həcmdə ziyan dəyməyib. Ekspert "Şərq"ə açıqlamasında deyib ki, anomal hava şəraiti bu il üçün xarakterik deyil:
" Son bir neçə ildə qlobal iqlim dəyişməsinin təsiri nəticəsində dünyada, həmçinin Azərbaycanda bu mövsümdə dolu düşməsi, sel, daşqın və su basması kimi hallar baş verir. Bu da şübhəsiz ki, kəndlərdə təsərrüfatlara ziyan vurur.
Amma hələlik bu zərər məhsul qıtlığı səviyyəsində deyil.
Əgər yağışlar güclü xarakter alarsa, əlbəttə, bəzi kənd təsərrüfatı işlərində, həmçinin aqrotexniki qaydaların həyata keçirilməsində fasilələr yarada bilər. Amma ilin bu vaxtında kəskin şaxtaların olması meyvə və tərəvəzlərin məhsuldarlığına mənfi təsir göstərəcək. May ayında intensiv yağışların və qarın yağması ilə əlaqədar olaraq müəyyən aqro-texniki tədbirlər həyata keçirilməlidir”.
V.Məhərrəmovun fikrincə, aqro-texniki tədbirlər həyata keçirilərsə, istehsala ciddi təsir etməz:
"Lakin dolu yağan bölgələrdə uzun müddət davam edəcəyi təqdirdə, bu, aqrar sahəyə böyük həcmdə ziyan vura bilər. Dolu bitkiləri məhv edir. Faraş bitkilər və meyvə verməyə hazırlaşan ağaclar dolu yağan zaman ciddi zərər görür. Lakin indiki məqamda qar və ya intensiv yağışların yağması ciddi təhlükə formalaşdırmır.
Əslində biz bu mənfi halı müsbətə çevirməliyik. Hər il hansı ərazilərə intensiv yağış və dolu yağdığını bilirik. Hökumət həmin ərazilərdə göllər yaratmalı və sel suları yığılmalıdır. Yayda həmin sel sularından istifadə oluna bilər. Hökumət bu işlə məşğul olmalıdır. Maarifləndirmə işi aparılmalıdır. Kəndlilərə müəyyən yardımlar edilməlidir. Düzdür, hökumət zərərin 50 faizini öz üzərinə götürür. Bunu 75 faizə qədər artırmaq lazımdır. Kəndlilərə gəlincə, onlar təbii fəlakətlərdən az ziyanla çıxmaq üçün təsərrüfatlarını sığortalamalıdır ki, yenidən əkinlə məşğul olmaq üçün əllərində maliyyə resursu olsun”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol
Bakıdakı tıxac problemini kritik həddə çatıb - Hüquqşünas
16:02 15.09.2026
İnfrastruktur
Hakan Çalhanoğlu zədələndi
15:49 15.09.2026
Futbol
Məhkuma poçtla göndərilmiş bağlamada narkotik aşkarlanıb
15:44 15.09.2026
Hadisə
Bu il Azərbaycana 600-dən çox elektromobil idxal edilib
15:33 15.09.2026
İqtisadiyyat
Avropa Parlamenti Ermənistanla bağlı qərarı təsdiqlədi
15:32 15.09.2026
Gündəm
Skuterlə sərnişin daşımaq olmaz, bu qadağandır - Eldəniz Cəfərov
15:31 15.09.2026
Aktual
Əraqçi Pekinə gedəcək
15:26 15.09.2026
Dünya
Lukaşenko: Belarusda siyasi məhbus yoxdur
15:19 15.09.2026
Gündəm
Ərdoğan Azərbaycanı təbrik edib
14:55 15.09.2026
Gündəm
Nazir: Hakan Fidanın Azərbaycana səfəri tarixi günə təsadüf edir
14:31 15.09.2026
Gündəm
Lavrov: Rusiya Ukrayna üzrə yeni danışıqlar raunduna hazırdır
13:49 15.09.2026
Gündəm