
Yeni ildən manatı hansı risklər gözləyir? - ŞƏRH:“Dünyada vəziyyət kəskin dəyişə bilər”
Yusif Nəzərli
12:16 15.12.2021
İqtisadiyyat
1055
Belə halda hansısa kritik vəziyyətdən bəhs etmək olar”
İqtisadçı- alim, millət vəkili Vüqar Bayramov lirənin ucuzlaşmaqda davam etdiyini bildirib. O qeyd edib ki, 1 ay öncə 1 dollar almaq üçün 9.85 lirə ödəmək lazım idi. İndi bu rəqəm 13.87-dək dəyişib. Bu, o deməkdir ki, 1 ay ərzində 30 faizə yaxın dəyər itirib”
O qeyd edib ki, türk lirəsinin ucuzlaşması Azərbaycanın ticarət dövriyyəsinə ciddi təsir göstərməsə belə, həm iqtisadi, həm də psixoloji baxımdan qardaş ölkədə milli valyutanın dəyərsizləşməsi bizim üçün arzuolunan deyil.

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov “Sherg.az”a türk lirəsinin düşməsinin Azərbaycan manatına təsiri olmayacağını açıqlayıb:
“Türkiyə lirəsinin düşməsi Azərbaycan manatına təsir göstərmir. Çünki Azərbaycan manatının məzənnəsi dünyada daha çox neftin qiymətilə ölçülür. Manat neft amilinə bağlıdır. Neftin qiyməti də sabitdir. Xatırladıram ki, Azərbaycanda əvvəlki devalvasiyalar məhz neftin qiymətinin uzun müddətli düşməsi ilə bağlı olur. Belə bir şey yoxdur.
Mütəxəssis manatın hansı hallarda ucuzlaşa biləcəyini izah edib:
“İkinci hal o ola bilər ki, əgər Azərbaycan Türkiyəyə neftdən başqa nə isə satsaydı, o zaman deyə bilərdik ki, bizim üçün devalvasiya təhlükəsi var. Amma biz Türkiyəyə nə isə satmırıq. Satırıqsa da,burada türk lirəsi yox, dollar rol oynayır. Ümumiyyətlə, yaxın bir neçə ay ərzində Azərbaycanda belə bir təhlükə gözlənilmir.
Amma təbii ki, dünyada həm geosiyasi və iqtisadi vəziyyət kəskin dəyişə bilər. Belə halda hansısa kritik vəziyyətdən bəhs etmək olar”.
Cəmilə ƏZİM
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat