Türkiyənin Rizə vilayətində stəkandan çay içən keçinin görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb.
Sherg.az xəbər verir ki, Çamlıhemşin rayonunun Çat kəndində Abdullah Kantar çay içərkən stəkanı yaxınlıqdakı keçiyə uzadıb. Keçi isə gözlənilmədən çayı içməyə başlayıb.
Həmin anları lentə alan Kantar görüntüləri sosial şəbəkədə paylaşıb. Qısa zamanda yayılan video izləyicilərin rəğbətini qazanıb.