Uzun yaşayacağınızı göstərən 7 əlamət
13:54 01.05.2025
Maraqlı
599
Araşdırmalara görə insanın ömrünü təyin edən əsas amil genetikadır. Bununla belə, qidalanma tərzi, idmanla məşğul olma tezliyi və yaşanılan coğrafiya da həyat müddətini dəyişə bilər.
News24.az xəbər verir ki, dünyaca məşhur Popular Science elmi jurnalında yayımlanan məqaləyə görə, aşağıdakı 7 əsas əlamət insanın 100 yaşına qədər yaşaya biləcəyini göstərə bilər:
1. Özünüzü gənc hiss edirsinizsə:
Əgər ruhən gəncsinizsə, həyatdan zövq alırsınızsa, planlar qurur, yeni şeylər öyrənir, səyahət edir və aşiq ola bilirsinizsə — bu uzunömürlülüyün göstəricisi ola bilər. Zehni cəhətdən gənc qalan insanlar fiziki baxımdan da daha dözümlü olur.
2. 40 yaşından sonra ana olmusunuzsa:
Boston Universitetinin araşdırmalarına görə, 40 yaşından sonra uşaq dünyaya gətirən qadınlar uzun ömürlə bağlı genlərə sahib ola bilərlər. Gec yaşda ana olmaq genetik davamlılığın əlaməti ola bilər.
3. Bağışlamağı bacarırsınızsa:
Küsülülükləri geridə qoya bilən, kin saxlamayan insanlar daha az stres yaşayır. Bu isə ürək sağlamlığını qoruyur, əhval-ruhiyyənin tarazlığını saxlayır və qocalmanı ləngidir.
4. Ayaq əzələləriniz güclüdürsə:
Harvard Universitetində aparılan bir araşdırma, güclü ayaq əzələlərinin ümumi sağlamlıqla birbaşa əlaqəli olduğunu göstərib. Daimi gəzinti və fiziki aktivlik uzun ömrün açarlarından biri ola bilər.
5. Xoruldamırsınızsa:
Xoruldamaq ürək-damar xəstəlikləri riskini artıran bir haldır. Yuxuda rahat və səssiz nəfəs almaq sağlam yuxu rejiminə və dolayısıyla daha uzun ömrə işarədir.
6. İnsanlarla birlikdə olmağı sevirsinizsə:
Dostluq əlaqələrinə önəm verən, sosial mühitlərdə olmaqdan zövq alan insanlar daha az stres yaşayır. Sosial bağlar psixoloji dözümlülüyü artıraraq ömrü uzada bilər.
7. Gözəllikləri görə bilirsinizsə:
İstər məşhur bir rəssamın tablosu, istər yol kənarında açan sadə bir çiçək… Həyatda kiçik şeylərdə belə gözəllik görə bilən insanlar gənc qalmağı bacarır. Bu qabiliyyət yaşam enerjinizi təzə saxlayaraq sizi uzun illər ayıq və güclü tutar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya