““Nəsimi ili” keçirilən gündə mən də töhfə vermək, “məndə sığar iki cahan..” klipini hazırlamaq istədim. Gənc rejissorla tanış etdilər. Onu tərifləmişdilər, inanmışdım. Klipi təqdim edəndə sadəcə şok yaşadım. Bunu rejissor deyil, başqa adam çəkə bilər”.
Bunu ARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı Əməkdar artist Fərqanə Qasımova deyib.
F.Qasımova rejissora ödədiyi məbləği geri istəsə də, o qaytarmayıb:
“Dedim ki, klipə vəsait ayırmışam, qaytarmalısız. O isə “yox” söyləyərək, məbləğin qalanını belə tələb etdi. Elə də çox məbləğ deyildi. 3 min manat aralığında idi. Allah rızası üçün onun üçün keçdim, halal xoşu olsun. Sonradan təbrizli dostumuz Cəlil çox pis olduğumu gördü. Mənə narahat olmamağımı, klipi bir günə hazırlayacağını söylədi. Doğrudan da, Cəlil müəllim kiçik heyətlə klipi ərsəyə gətirdi, sağolsun”.