“Avropa ölkələrinin çoxunu gəzmişəm, amma Mozanbik mənim üçün daha çox yaddaqlan oldu”. Bu barədə ARB TV-nin “Tam Vaxtıdır” verilişində qonaq olan xalq artisti Niyaməddin Musayev bildirib. O uzun müddət öncə etdiyi səfər təssüratlarını bölüşüb:
“O vaxt Həbib Bayramov, qarmon ifaçısı Zakir Mirzəyev, İlhamə xanım, nağara çalan Çingizlə birlikdə qastrolda idik.
Hava həddindən artıq isti idi. Hər kəs dəsmal isladıb alınına qoyur, kakosa qamış keçirib içirdilər.
Amma mənə dəxli yoxdur, isti təsir etmir. Səfir isti olub-olmadığını soruşdu. “Yox” söylədim. O da, təəccübləndi, sual verdi, “İmişli rayonundan deyilsən?”. “Yox, İmişlidən olsam da, Afrikada doğulmuşam”deyə cavabladım.
“Necə yəni?” sualına isə “İmişli, Afrika ekvatoruna çox yaxındır, istidir, ona görə öyrəşmişəm” söylədim.