“Xoş olmayan isə sənlə eyni sahədə olan, sənə üzdə dost görünən insanların gizli və ya yarı-gizli aqressiyalarıdır”
“Biri üstüörtülü status yazıb, bizim filmi və filmimizə gələn tamaşaçını aşağılayır ki, niyə onların filminə getmirlər, biri piktoqrafik status paylaşıb, öz aləmində “söz soxur”, biri haralarasa gizli məktublar yazır, biri orda-burda dalımızca iyrənc-iyrənc sözlər danışır”
“Siz daha yaxşı olmağınızı sözlə yox, işinizlə bildirməlisiniz. Daha yaxşı filmlər çəkin, deyin bax film belə çəkilməlidir. Sevinməyən köpəyoğludur. Təki iş görün, belə aşağı hərəkətlər yox"
"Zəhər Tuluğu" bədii filminin quruluşçu rejissoru və qəhrəmanı Taleh Yüzbəyov sosial şəbəkədə paylaşım edib.
"Sherg.az"ın məlumatına görə, aktyor, rejissor T.Yüzbəyov "Zəhər Tuluğu" filmindən sonra yazılan şərhlərə aydınlıq gətirib:
"Neçə müddətdən sonra keçən ilin sonu "Zəhər tuluğu" filmimizi də böyük ekranlara çıxarda bildik. Şükür, çıxan gündən səs-küyə səbəb oldu. İnsanlar filmə baxdılar, tərifləyənlər də oldu, müzakirə edənlər də, bəyənməyənlər də. Bu normaldır. Hamı hər şeyi bəyənməyə məcbur deyil. Biz nə çəkdiyimizi, necə çəkdiyimizi və niyə çəkdiyimizi bilirdik.
Filmimiz artıq neçə həftədir, Azərbaycanda kinoteatrlarda ən çox baxılan filmdir. Əlbəttə, məni çox sevindirir. Filmdən çıxan insanların mənə xoş sözlər yazırlar. Bu məni lap çox sevindirir. IMDb reytinqimiz 9,4-dür. Hardasa iki minə yaxın səslə. Gördüyün işin bəhrəsini görmək çox xoş hissdir. Xoş olmayan isə sənlə eyni sahədə olan, sənə üzdə dost görünən insanların gizli və ya yarı-gizli aqressiyalarıdır. Biri üstüörtülü status yazıb, bizim filmi və filmimizə gələn tamaşaçını aşağılayır ki, niyə onların filminə getmirlər, biri piktoqrafik status paylaşıb, öz aləmində “söz soxur”, biri haralarasa gizli məktublar yazır, biri orda-burda dalımızca iyrənc-iyrənc sözlər danışır. Bax, sizi başa düşə bilmirəm. Tamaşaçı bəyənməyib status yaza bilər. Bu, onun haqqıdır. Siz də bəyənməyə bilərsiniz. Bu, sizin də haqqınızdır. Amma belə yarı-yapalaq “nifrət püskürmək” sizin işiniz deyil. Siz daha yaxşı olmağınızı sözlə yox, işinizlə bildirməlisiniz. Daha yaxşı filmlər çəkin, deyin bax film belə çəkilməlidir. Sevinməyən köpəyoğludur. Təki iş görün, belə aşağı hərəkətlər yox".
Rejissor bədii filmi dövlət büdcəsi hesabına ərsəyə gətirmədiklərini vurğulayıb:
"Biz bu filmi dövlət hesabına çəkməmişik. Büdcə vətəndaş vergisindən formalaşmayıb. Bu film özümüzün pulumuz və sponsorların hesabına ərsəyə gəlib. Heç kəsə də zorla bilet satmırıq. İnsanlar öz xoşları ilə pullarını verib, filmə baxırlar. Heç kəsi də məcbur etmirik ki, bizə xoş sözlər yazın. Vallah özləri yazırlar. Çünki həyatda elə şeylər var , onları pulla, nifrətlə, paxıllıqla almaq olmur. Bu sevgidir. Tamaşaçı sevgisi. Sizə də həmin sevgidən arzulayıram.
Atları yəhərləyin" filmində bir səhnə var. Qaçaq Nəbini tuturlar, qoluna qandal vuranda, onu həbs edən adam atdan düşür və deyir ki: "Haqlısan, Nəbi! Düşmən də olsaq haqlısan! Kişinin də qoluna qandalı gərək kişi vursun!".