Alim Qasımov verilişlərə qonorarsız çıxmır? - Xalq artisti açıqladı

Xalq artisti Alim Qasımov əksər verilişlərə qonorarsız çıxmır.
"Sherg.az" xəbər verir ki, bunu “O kimdir?” verilişində qonaq olan ifaçının özü deyib .
“Efirlərə çıxanda deyirəm ki, mən ağsaqqalam, geyinirəm, səsimi qoruyuram, benzin vururam, musiqiçilər əziyyət çəkir, geyim alır. Bunun əvəzində qonorar vermək lazımdır”, - deyə, xanəndə vurğulayıb.