Aktyordan yolların payızda təmirə bağlanmasına kəskin etiraz! - "Şəhərdə tıxac, problemlər..."

Aktyor Şəhriyar Əbilov yolların payız mövsümündə təmirdə olmasına etiraz edib.
"Sherg.az" xəbər verir ki, Ş.Əbilov instaqram səhifəsində "Gənclik" metrosu istiqamətindəki yolun doğru zamanda təmir edilmədiyini bildirib:
"Adamı bilirsiz nə yandırır? Yayda şəhərdə maşın az olur. Heç kim işləmək istəmir. Asfaltlar düzəlmir. Payız gələndə millət şəhərə qayıdan kimi yolu düzəltməyə başlayırlar. "Gəncliyin" yoluna baxın. Bir azdan yollar bağlanacaq. Şəhərdə tıxac, problemlər yaranacaq. Niyə bu iş yay aylarında görülmür?"-, deyə o söyləyib.