Əcəmi Naxçıvaninin 900 illik yubileyi UNESCO çərçivəsində qeyd olunacaq

Azərbaycanın görkəmli memarı Əcəmi Naxçıvaninin 900 illik yubileyi 2024-2025-ci illərdə UNESCO çərçivəsində qeyd olunacaq tədbirlər siyahısına daxil edilib.
APA xəbər verir ki, bu barədə UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasından bildirilib.
Qərar UNESCO-nun Baş Konfransının 42-ci sessiyasında verilib.