Tibetdə 7,1 bal gücündə dəhşətli zəlzələ: 53 ölü

Çinin cənub-qərbindəki Tibet muxtar rayonunda 7,1 bal gücündə zəlzələ olub.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Şiqadze şəhərindən 163 km məsafədə yerləşib. Təbiət hadisəsinin ocağı 10 km dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat verilməyib.

***

Tibetdə zəlzələ nəticəsində azı 9 nəfər ölüb.

Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumata görə, 7,1 bal gücündə zəlzələnin episentri Şiqatse şəhəri yaxınlığında yerləşib.

***

Çinin cənub-qərbində yerləşən Tibet Muxtar Bölgəsində zəlzələ nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb.

Bu barədə Çin mediası məlumat yayıb.

***

Tibetdə baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 53-ə çatıb.

Bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Bildirilib ki, təbii fəlakət nəticəsində 62 nəfər xəsarət alıb.