Xırdalanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sherg.az Bakupost.az-a istinadən xəbər verir ki, dünən axşam saatlarında "Azərsun" şirkətinin əməkdaşı, 49 yaşlı Ceyhun Məmişovu avtomobil vurub.
O, xəstəxanaya aparılarkən yolda vəfat edib. Qeyd olunur ki, mərhum Xırdalandakı restoranlardan birində ziyafətdə olub. Hadisə də onun restorandan çıxıb evə getdiyi zaman baş verib.
Faktla bağlı araşdırma aparılır.