Nazir: "Dövlətin mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi yanaşması mövcuddur"

"Mədəniyyət və yaradıcı sənayelər anlayışının mahiyyətini cəmiyyətimizdə çox adam başa düşmür. Dövlətimizin bu sahədə xüsusi yanaşması mövcuddur".
"Report" xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli "Mədəniyyət və Yaradıcı Sənayelər Forumu”nda çıxışı zamanı deyib.
Nazir bildirib ki, dövlətin mədəni və yaradıcı sahələrə önəm verir: "Ona görə dövlət startegiyasına uyğun mövcud ekosistemlərin fəaliyyətini araşdırmaq, bu sahəni inkişaf etdirmək əsas məqsədimizdir. Düşünürəm ki, forumda ortaq problemlər səslənəcək və onların həlli istiqamətində işlər görüləcək".