"65-dən yuxarı olan insanlar evdə otursalar daha yaxşıdır" - Xalq artisti Hacı İsmayılov
16:23 27.03.2020
Mədəniyyət
1091
Koronavirus infeksiyası ilə əlaqədar karantin günləri davam edir. Bu günlərdə xalq dövlətin qəbul etdiyi qanunlara riayət etməklə yanaşı həm də güvəndiyi, sevdiyi sənətkarların məsələhətlərinə də ehtiyac duyur. Mədəniyyət xadimləri müxtəlif media qurumlarına açıqlama verərək xalqa səslənir.
"Sherg.az" olaraq dəyərli məsləhətlərini öyrənmək üçün tanınmış aktyor, Xalq artisti Hacı İsmayılov ilə əlaq saxladıq.
Koronavirus infeksiyası ilə bağlı xalqa tövsiyələriniz...
- Bu dünyaya yayılan bir bəladır. Sürətlə yoluxan xəstəlikdir. Bir nəfərdən gün ərzində neçə nəfərə yoluxa bilər. Ona görə çox diqqətli olmaq lazımdır. Hər deyilən sözə inanmaq olmaz. Əsl xəbəri dövlət rəsmiləri açıqlayır. Dövlətimiz də ilk gündən bu məsələ ilə ciddi şəkildə məşğul olur. Azərbaycan vətəndaşlarının qorunması naminə tədbirlər görür. Ən əsası da odur ki, koronavirus kütləviliyi sevən xəstəlikdir. Ona görə də insanların bir yerə yığılması məsləhət deyil. Yaxşı olar ki, evdə qalsınlar. Özümüzdən çox şey aslıdır. Bu bir bəladır. Xarici ölkələrdə də var. Məsələn İtaliyada, İspaniyada, Almaniyada və başqa ölkələrdə də mövcuddur. Əvvəllər epidemiya, sonra isə pandemiya dedilər. Hazırda Amerikada da insanlar tələf olurlar. Çox dəhşətli xəstəlikdir.
-Sizcə necə qurtula bilərik?
- Ancaq birlikdə, qəbul olunan qaydalara riayət edərək öhdəsindən gələ bilərik. O zaman bu xəstəlik yox ola bilər. İnsanlar da rahat nəfəs ala bilərlər. Çünki vurduğu ziyan olduqca böyükdür. Bu xəstəlik iqtisadiyyata, ümumiyyətlə dünyaya xeyli zərər vurdu.
-65 yaşından yuxarı insanların evdən çıxmaması qanuna əməl edirsinizmi?
- Əlbəttə 65 yaşından yuxarı insanlar evdən çıxmamalıdır. Koronavirus xəstəliyi birinci immun sistemidir. Yaşlı insanların immuniteti zəif olur. Xəstəlik də orqanizimdə zəif olan orqanlara təsir edir. İnsanlar da dünyasını dəyişirlər. Ona görə də yaşlı insanların evdən çıxmağı məsləhət deyil. Bu zaman daha sağlam olarlar. Çünki yaşlı nəslin xəstəliyə yoluxandan sonra yaşama şansı çox deyil. Düzdü sağalanlar da var, amma hər halda yaşı 65-dən yuxarı olan insanlar evdə otursalar daha yaxşıdır.
-Karantin günlərində evdə hansı işlərlər məşğul olursunuz?
-İllər ərzində evdə müəyyən problemlər çıxır. Məsələn lampanı dəyişmək, səliqə sahman yaratmaq, kitabları sıralamaq lazım olur. Elə olur ki, yazılara baxıram, lazımsız kağızları atıram. Yəni başımızı belə qatırıq. Gündəlik xəbərlərə də qulaq asırıq.Televizya və mobil telefon vasitəsilə dünyadakı, ölkəmizdəki xəbərlərdən məlumatımız olur. Biz də hansı qaydalara əməl etmək lazım olduğunu öyrənirik.
-Son olaraq məsləhətləriniz...
-Gərək panikaya düşməyək.Koronavirus xəstəliyinə qarşı qorxuya düşməməliyik.Dövlətin qəbul etdiyi qanunlara riayət etmək lazımdır.Beləliklə biz bu xəstəliyə qalib gələ bilərik.
Samirə Ərəbova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
18:53 29.06.2026
Futbol
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
18:37 29.06.2026
Futbol
Yaxın Şərqdə sülh hələ çox uzaqdadır - Politoloq
18:18 29.06.2026
Gündəm
Türkiyə Prezidenti Almaniya Kansleri ilə telefon danışığı aparıb
17:59 29.06.2026
Gündəm
Türk dünyasının gələcəyi Bakıda yazılır - Türkoloq
17:39 29.06.2026
Gündəm
Almaniyada silahlı hücum: Çox sayda ölən və yaralanan var
17:35 29.06.2026
Hadisə
Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil
16:53 29.06.2026
Dünya
Bakıda dörd yaşlı uşaq 5-ci mərtəbədən yıxılaraq ölüb
16:41 29.06.2026
Hadisə
Folklor kollektivləri üçün geyimlər hazırlanır
16:27 29.06.2026
Ölkə
Putin yanacaq böhranına görə benzinin ixracını qadağan etdi
16:12 29.06.2026
Gündəm
Türk dünyasının mərkəzi artıq Azərbaycandır - ŞƏRH
15:48 29.06.2026
Gündəm
Rusiya MN: Kirovoqrad vilayətində yanacaq anbarına zərbə endirilib
15:30 29.06.2026
Dünya