Tovuzda iki avtomobil toqquşub, xəsarət alanlar var

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Tovuz şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.

Hərəkətdə olan VAZ-2106 və “Kia” markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində iki nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.