Arif Quliyev saxlanılmasından DANIŞDI: “Evimin qabağında tutdular, mən də dedim...”
13:37 26.03.2020
Mədəniyyət
1609
“Düz edib, saxlayırsınız. Bu qayda-qanun hamıya aiddir”
Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus pandemiyasına qarşı ölkə ərazisində elan etdiyi xüsusi karantin rejiminə əsasən, 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilib.
Mübarizə tədbirləri çərçivəsində polis əməkdaşlarının paytaxt küçələrində apardığı reyd zamanı Xalq artisti Arif Quliyevin qadağanı pozduğu müəyyən edilib.
"Sherg.az" olaraq Arif Quliyevlə əlaqə saxladıq.
-Hadisə necə baş verdi?
-Evimin yaxınlığında saxlanıldım. Yasamalda 45 illik binada yaşayıram və evimdən 100 metr uzaqlıqda da maşınımı saxlayıram. Evdən də maşından bir-iki sənəd götürmək üçün çıxmışdım. O da polis bizi gördü. Dedim düz edib, saxlayırsınız. Bu qayda-qanun hamıya aiddir. Evimim yaxınlığıdır ,evimə qayıdıram. Dövlətimiz bizim sağlamlığımız üçün qərar verir. Polis saxlayandan sonra mənzilimə qayıtdım. Dostumu da evinə apardılar.
-Koronavirus təhlükəsi ilə bağlı xalqa nəyi tövsiyə edərdiniz?
-Hər birimiz qayda-qanuna riayət etməliyik. Prezidentimizin də dediyi kimi bu xəstəliyi bir yerdə müalicə etməliyik. Güc birlikdədir. Hər birimizin Prezidenti olan cənab İlham Əliyev xalqın qayğısına qalaraq qərarlar qəbul edir. Kim olur olsun 65 yaşdan yuxarı insanlar evdən çıxmamalıdır.Bugün qəbul olunan qayda-qanunlar xalq üçündür. Biz ən stabil respublikanın vətəndaşlarıyıq.
-Karantin günlərində bir sənətkar olaraq evdə hansı işlərlə məşğul oldunuz?
-Hamı evdə bir işlə məşğuldur. “Online” şəkildə xalqa göstərərək kimi rəqs edir ,kimi mahnı oxuyur. Mən də proqram hazırlayıram.cvEvdəkilərə yumor çələngi hazırlamışam. Sabah da çəkiliş olacaq. Hamı öz bildiklərini xalqa çatdırmalıdır.
Samirə Ərəbova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
18:53 29.06.2026
Futbol
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
18:37 29.06.2026
Futbol
Yaxın Şərqdə sülh hələ çox uzaqdadır - Politoloq
18:18 29.06.2026
Gündəm
Türkiyə Prezidenti Almaniya Kansleri ilə telefon danışığı aparıb
17:59 29.06.2026
Gündəm
Türk dünyasının gələcəyi Bakıda yazılır - Türkoloq
17:39 29.06.2026
Gündəm
Almaniyada silahlı hücum: Çox sayda ölən və yaralanan var
17:35 29.06.2026
Hadisə
Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil
16:53 29.06.2026
Dünya
Bakıda dörd yaşlı uşaq 5-ci mərtəbədən yıxılaraq ölüb
16:41 29.06.2026
Hadisə
Folklor kollektivləri üçün geyimlər hazırlanır
16:27 29.06.2026
Ölkə
Putin yanacaq böhranına görə benzinin ixracını qadağan etdi
16:12 29.06.2026
Gündəm
Türk dünyasının mərkəzi artıq Azərbaycandır - ŞƏRH
15:48 29.06.2026
Gündəm
Rusiya MN: Kirovoqrad vilayətində yanacaq anbarına zərbə endirilib
15:30 29.06.2026
Dünya