Bu gün "Uşaq Avroviziyası - 2021" mahnı müsabiqəsi keçiriləcək
07:21 19.12.2021
Mədəniyyət
422
Bu gün Fransanın paytaxtı Parisdə "Uşaq Avroviziyası - 2021" mahnı müsabiqəsi keçiriləcək.
"Report" xəbər verir ki, Azərbaycanı müsabiqədə "One of those days" (O günlərdən biri) mahnısı ilə Sona Əzizova təmsil edəcək.
Mahnı müsabiqəsində ölkəmiz 3 illik fasilədən sonra təkrar iştirak edir. Yarışmada Azərbaycanla yanaşı, Albaniya, Almaniya, Bolqarıstan, Ermənistan, Fransa, Gürcüstan, İrlandiya, İtaliya, İspaniya, Qazaxıstan, Malta, Niderland, Şimali Makedoniya, Polşa, Portuqaliya, Rusiya, Serbiya və Ukrayna təmsilçiləri də qatılır.
Tədbir Sena çayı üzərində Segun adasında “La Seine Musicale” konsert zalında baş tutacaq.
Səsvermə dekabrın 17-də, Bakı vaxtı ilə saat 23:00-da başlayıb, bu gün saat 19:00-dək davam edəcək və həmin gün sonuncu iştirakçının çıxışından dərhal sonra 15 dəqiqəlik bərpa olunacaq.
Sona Əzizovanın çıxışını bəyənirsinizsə, https://vote.junioreurovision.tv/ saytına keçid edərək səs verin.
Qeyd edək ki, güclü səsə malik Sona Əzizova İTV televiziya kanalında keçirilmiş “Səs Uşaqlar” mahnı müsabiqəsində 2-ci yeri qazanıb.
Xatırladaq ki, Azərbaycan bundan əvvəl “Avroviziya” uşaq mahnı müsabiqəsində üç dəfə iştirak edərək 11, 7 və 16-cı yerlərin sahibi olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dövlət sərhədini pоzduqlarına görə 18 nəfər saxlanılıb
14:26 04.05.2026
Hadisə
Türkdilli xalqların deportasiya və soyqırım günü təsis edilməlidir
14:24 04.05.2026
Aktual
Faciəvi yanğında ölən modelyerin qızı niyə hələ də sağalmayıb?
13:56 04.05.2026
Cəmiyyət
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz
Kaya Kallas Azərbaycana gəlir
11:55 04.05.2026
Siyasət
Rusiya və seçkilərlə əlaqədar Ermənistana xüsusi qrup göndərilir
11:35 04.05.2026
Gündəm
Ötən ay 34 aptekdə nöqsanlar aşkarlanıb
11:30 04.05.2026
Sağlamlıq