Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirilib.
Axar.az xəbər verir ki, açılış mərasimində mədəniyyət naziri Adil Kərimli, nazirliyin digər rəsmiləri, Prezidentin Şuşa rayonundakı xüsusi nünmayəndəsi Aydın Kərimov, Yazıçılar Birliyinin nümayəndələri, eləcə də türk dünyasından yazıçı və şairlər iştirak ediblər.
Çıxış edən TÜRKSOY-un baş katibi Sultan Raev Vaqif Poeziya Günlərini mədəniyyət və ədəbiyyat adına ən işıqlı tədbirlərdən biri adlandırıb.
Baş katib builki poeziya günlərinin zəngin proqramına diqqət çəkərək deyib ki, bu həm də türk dövlətləri arasında mədəni əlaqələrin inkişafına xidmət edir.
Xalq şairi Vahid Əziz isə poeziya günlərinin davamlı yüksək təşkilatçılığını xüsusi vurğulayıb. O, Vaqif Poeziya Günlərinin ənənə halını almasını mədəni təbliğat, diqqət və qayğı kimi qiymətləndirib.
Ardınca "Sözün sabahı: Türk dünyanın gənc şairlər festivalı"nın mükafatlandırma mərasimi olub. Qaliblər orden və diplomlarla təltif ediliblər.
Tədbir bədii kompozisiya ilə davam etdirilib.