Xalq artisti virusdan necə qorunduğunu AÇIQLADI: Təmizlik, təmizlik, bir də təmizlik !
13:26 22.03.2020
Mədəniyyət
1118
“Həmişə təmizliyə riayət edirəm. Mənim üçün yeni bir şey deyil. Sadəcə daha ciddi fikir verirəm.Tək fərqli olan evdə oturmaqdır. Həmişə hara getmişəm çantamda spirt mütləq olub. Evdə dərs keçəndə masqa taxırdım. Deyirdim uşaqlar istər- istəməz toz olur, ona görə lazımdır. Ailədə də təmizliyə ciddi şəkildə riayət olunub. Ona görə mənim üçün qeyri-adi bir şey yoxdur.Əsas dünyamızda salamatlıq olsun”.
Bu sözləri “Sherg.az”a tanınmış xanəndə, xalq artisti Mələkxanım Əyyubova koronavirusa qarşı gördüyü tədbirlərdən danışarkən deyib.
O qeyd edib ki, insanlar həmişə öz təmizliklərinə riayət etməlidirlər:
“Gigiyenik qaydalara təkcə virusdan qorunmaq üçün yox, hər zaman fikir verilməlidir.Virus yayıldıqdan sonra hamı spirtlənməyə , maska taxmağa başladı. Hətta ev təmizlənəndə belə maska taxmaq lazımdır.Məsələn, tozsoran işləyir toz nəfəsinizə getməsin deyə maska taxılmalıdır. Çunki allergiya yarana bilər. Evi siləndə suya sirkə və ya dezinfeksiyaedici vasitə töküb, sonra təmizləyirik. Mən həmişə belə etmişəm. Bir restorana gedəndə yemək yeməz əvvəl xaricdən gətizdirdiyim spirtli təmizləyicilərlə əllərimi silirdim. Bilirəm ki, belə olmalıdır”.
Xalq artisti onu da qeyd edib ki, insanaların təmizlik qaydalarını bilməsi vacibdir: “Yenə də deyirəm bu, nə mənim üçün, nə də ailəm üçün qeyri-adi deyil. Tək düşündüyüm sağlamlıqdır.Salamatlıq olsun. İstəmirəm ki, insanlar nələrisə qorxudan etsinlər.Təmizlik, mədəniyyət, vicdan bunlar insanın özündə olmalıdır.
Qurban olum Allaha. Bizim Allahımız rəhimlidir, qullarını sevəndir. Əlbəttə təmizliyə əməl etmək zəruridir. Amma təkcə, virusa görə deyil, təmizliyə hər zaman riayət edilməlidir. Bu, insanın özündə olmalıdır. Ən yaxşı xüsusiyyətlər insanın daxilində olmalıdır. Heç kimə dərs vermək fikrində deyiləm.Amma ürəyimdən gələnləri deyirəm. Çunki həmişə təmizlik qaydalarına riayət edirəm.Ailəmə ,tanıdıqlarıma da hər zaman tövsiyyə etmişəm. Tələbələrimə də həmçinin. Dərsə getməz əvvəl xəbər edirdim, sinifi təmizləyirdilər.Sonra gedib dərs keçirdim.Yenə də qeyd edirəm insanlar təmizlik qaydalarına riayət etməlidirlər."
Sonda M.Əyyubova Novruz bayramı münaibəti ilə Azərbaycan xalqına arzularını da izhar edib:
“Gün o gün olsun, bayramlarımızı xalqımızın adət-ənənələrinə uyğun olaraq kütləvi şəkildə keçirək. Baharı ürəkaçıqlığı və salamatıqla qarşılayaq”.
Samirə Ərəbova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kanyenin qızının ilk albomu!
05:35 05.05.2026
Şou
Bu tarixdə doğulan kişilərdən qaçmalısınız - Məyusluq mənbəyi
05:00 05.05.2026
Maraqlı
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil