Amma nə o dahilər qayıdacaq , nə də musiqimizi korlayanlar gedəcək. Əlbəttə, Flora Kərimova kimi şedevr sənətçilərimiz də var. Təəssüf ki, onları da efir məkanımızda tez-tez görmürük.
Xalq artistindən Nadirə:“ İndi hansı toyda “Maral-maral”səslənir?!”
14:59 12.03.2020
Mədəniyyət
1684
Gülyanaq Məmmədova:“Yəni bir müddət bu mahnılar gəlir, sevilir, amma daimi yaşamır”
“Ucuz, bayağı mahnılar yavaş - yavaş yaddaşlardan silinir. Yenə də əsl sənət, gözəl ifalar öz yerində qalır”
Son illər qədim tarixə malik olan musiqi ənənələrimiz unudulmağa başlayır. Üzeyir Hacıbəyov, Qara Qarayev, Cahangir Cahangirov kimi dahi bəstəkarlar yetişdirmiş Azərbaycana meyxansayağı, sənətdən uzaq olan mahnılar sırınır. Gənclərimizin zövqü günbəgün korlanmaqdadır . Onlar əsl musiqilər əvəzinə bayağı mahnılar dinləyirlər. Beləliklə də efirlərimizi, səhnəmizi ucuz və şit mahnıların dilettant və zövqsüz müğənniləri “bəzəyir” . Xalqın gözü Şövkət Ələkbərova, Mirzə Babayev, Rəşid Behbudov kimi sənətkarları axtarır.
Amma nə o dahilər qayıdacaq , nə də musiqimizi korlayanlar gedəcək. Əlbəttə, Flora Kərimova kimi şedevr sənətçilərimiz də var. Təəssüf ki, onları da efir məkanımızda tez-tez görmürük.
İncəsənət aləmindəki xaotik durumu dəyərləndirən xalq artisti Gülyanaq Məmmədova “Sherg.az”a bunları söyləyib:
"Bir müəllim və xanəndə kimi meyxanasayağı mahnıları qəbul edə bilmərəm. Müasir gənclərimiz dinlədiyi üçün efirlərimizdə belə mahnılar səslənir. Fikrimcə, onlar yavaş -yavaş unudulacaq. Onsuz da həmişə əsl sənət yaşayır. Həmin musiqilər tutarlı deyil. Xalq musiqimiz və onun üzərində qurulan dəyərli bəstəkarlarımızın mahnıları kimi əsərlər az-az yazılır. Demək olar ki, yox səviyyəsindədir. Amma bəzi telekanallar reytinq xatirinə həmin müğənniləri dəvət edib gündəmə gətirirlər. Bacardığımız qədər musiqimizi qorumağa çalışırıq. Bu günə qədər də efirdə bayağı və ya toy mahnıları oxumamışıq. Əlbəttə, biz də toylara gedirik. Lakin efirdə tamaşaçıların zövqünü korlamamağa çalışırıq”.
“Meyxanasayağı janrda ifa edənlərlə eyni verilişə dəvət almısınızmı?” sualına gəlincə, xalq artisti belə halın olduğunu söyləyib:
“Bəli, getmişik, xətirlərinə dəyib, tənqid etməmişik. Hörmətlə yanaşmışıq. Onların içərisində yerini bilən mügənnilər olub. Məsələn, mikrofonu götürəndə məndən üzrxahlıq ediblər ki, sənətkarın qarşısında oxuyuruq. Amma bəziləri də var ki, yanlarında 3 -4 köməkçi ilə gəlirlər. Zövqləri korlamaqlarına baxmayraq özlərini sənətkar hesab edirlər. Onları da tənqid etmirəm. Nəticədə bu cür seviliblər”.
G.Məmmədova keçmişdə də bayağı mahnıların olduğunu vurğulayıb:
“Uşaqlıq illərimizdə kasetlərdən dinləyirdik. Amma indi onlar yoxdur. Yenə də əsl sənət, gözəl ifalar öz yerində qalır. Amma bayağı, ucuz mahnılar yavaş - yavaş yaddaşlardan silinəcək. Məsələn, əvvəllər bir mahnı var idi. Həmin mahnını hamı toylarda ifa edirdi. Hər kəsə də xoş gəlirdi. Hazırda o mahnı səslənir? Yox. Dostumuz Nadir Qafarzadənin çox gözəl mahnıları var, yaxşı ifa edir. Bir vaxtlar “Maral-maral” mahnısı dəbdə idi. Xalq tərəfindən də sevilmişdi, biz də ifa edirdik. İndi hansı toyda səslənir?Yəni bir müddət bu mahnılar gəlir, sevilir, amma daimi yaşamır. Yenə də xalqımızın zövqü gözəldir. Baxmayaraq ki, gənclərimiz meyxanasayağı mahnıları çox dinləyir. Amma eybi yox. Onları da başa düşmək olar. Tənqid edə bilmərik. Həmin müğənnilərin içərisində özünəməxsus ifa tərzləri olanlar da var ki, onları da sevilirlər”.
Samirə Ərəbova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistanda bəzi qüvvələr Rusiyanı ləkələyir - Qaluzin
20:00 29.06.2026
Region
Nazir: Kibertəhlükəsizlik istiqamətləri 58 təşəbbüsü əhatə edir
19:53 29.06.2026
Siyasət
Nağd pul dövrü bitir: Naxçıvan rəqəmsal nəqliyyata keçir
19:36 29.06.2026
Ölkə
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
18:53 29.06.2026
Futbol
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
18:37 29.06.2026
Futbol
Yaxın Şərqdə sülh hələ çox uzaqdadır - Politoloq
18:18 29.06.2026
Gündəm
Türkiyə Prezidenti Almaniya Kansleri ilə telefon danışığı aparıb
17:59 29.06.2026
Gündəm
Türk dünyasının gələcəyi Bakıda yazılır - Türkoloq
17:39 29.06.2026
Gündəm
Almaniyada silahlı hücum: Çox sayda ölən və yaralanan var
17:35 29.06.2026
Hadisə
Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil
16:53 29.06.2026
Dünya