Xorvatiyanın məşhur vokal qrupu Bakıda konsert keçirib
Yusif Nəzərli
19:33 17.12.2021
Mədəniyyət
872
Bu gün Xorvatiyanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Azərbaycan Milli Konservatoriyasında səfirlik xətti ilə Azərbaycana dəvət olunmuş məşhur “Klapa Bosket” musiqi qrupu konsert keçirib.
"Report" xəbər verir ki, tədbirdə çıxış edən Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebic deyib ki, qrupun Azərbaycana gəlişi əslində çoxdan planlaşdırılsa da, pandemiya səbəbindən səfər bir müddət təxirə salınıb.
Səfir “Klapa Bosket” qrupu haqqında tədbir iştirakçılarına məlumat verib: “Klapa Bosket” sözü Azərbaycan dilinə tərcümədə “dost qrupu” deməkdir. Bu, Xorvatiyanın cənubunda yaradılmış məşhur vokal qrupudur. Ümumiyyətlə, “Klapa Bosket” Xorvatiyada əsrlər boyu mövcud olub. Bu qrupda ifa edilən musiqilər 2012-ci ildə UNESCO-nun mədəni irsinə daxil edilib”.
Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi də çıxış edərək bildirib ki, “Klapa Bosket” Avropada tanınmış musiqi qruplarından biridir: “Ümumiyyətlə, konservatoriyada bu cür konsertlər təşkil edirik ki, gənc musiqiçilərimiz dünya musiqisi ilə yaxından tanış olsunlar. Çalışacağıq ki, gələcəkdə tez-tez bu cür konsertlər ərsəyə gətirək”.
Daha sonra “Klapa Bosket” qrupunun üzvləri Bojan Karavanic, Toni Zekulic, Davor Cakovic, Marko Vukic, Vicko Cagalj, Boris Cakovic, Tomislav Kovacic maraqlı konsert proqramı ilə çıxış ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol