“Gərək reportyorlar, köşə yazarları və redaktorlar bu məsələdə dəqiq, ehtiyatlı olsunlar. Azərbaycan mediasında bu mövzunu bilən kifayət qədər jurnalist var”
“Mümkün qədər təhrikçi, qızışdırıcı söz və ifadələrdən çəkinmək lazımdır”.
Bunu “Sherg.az”a açıqlamasında “Cebhe.info” saytının və “Cümhuriyət” qəzetinin redaktoru Elman Cəfərli deyib.
Redaktor bildirib ki, həqiqətən də dini konfessiyalardan yazan jurnalistin dini bilikləri zəngin olmalıdır:
“Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədovun “dindən yazan jurnalistlərin dini bilgiləri zəngin olmalıdır” fikirləri ilə razıyam. Çünki dini təriqətlər, məzhəblər, konfessiyalar mövzusu çox həssas məsələdir. Bu sahədə təsadüfi adamlara meydan vermək olmaz. Gərək reportyorlar, köşə yazarları və redaktorlar bu məsələdə dəqiq, ehtiyatlı olsunlar. Azərbaycan mediasında bu mövzunu bilən kifayət qədər jurnalist var.
Məsələn, Kənan Rövşənoğlu, Etibar Cəbrayıloğlu, Tural İrfan, Tofiq Türkel, Mürtəza Bünyadov bu sahəni bilən dəyərli həmkarlarımızdır. Lakin hesab etmirəm ki, ayrıca dini jurnalistikaya ehtiyac var. Sadəcə bu sahədən yazan jurnalistlər üçün seminarlar, treninqlər, təlimlər keçirmək olar. Bu işi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi təşkil edə bilər”.
Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov deyib ki, jurnalistlərin həm dini bilikləri, dinlərlə tanışlığı olmalı, həm də mövcud dini şəraiti, şərtləri bilməlidirlər. Rektorun sözlərinə görə, Azərbaycan tolerant ölkədir və burada müxtəlif konfessiyaların nümayəndələri dinc və yanaşı yaşayırlar.
"Dini sahədə təsadüfi adamlara meydan vermək olmaz”
15:08 18.07.2019
Media
1200

Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kir Starmer Rusiyanı tammiqyaslı atəşkəsə çağırıb
05:55 22.04.2025
Dünya
İlin ən yaxşı qadın və kişi idmançısı bəlli oldu
04:35 22.04.2025
İdman
Papa vəzifəsini o icra edəcək
03:26 22.04.2025
Gündəm
"Azərbaycanla qürur duyuram"
02:40 22.04.2025
Şou
Ataların pis davranışının uşaqlar üzərində nəticələri açıqlanıb
01:32 22.04.2025
Cəmiyyət
Türkiyənin qərbində zəlzələ olub
00:47 22.04.2025
Hadisə
Zelenski Ukraynanın əsas şərtindən danışdı
00:14 22.04.2025
Dünya
Sabah bu ərazilərdə işıq olmayacaq
00:04 22.04.2025
Sosial
Cəlilabadda bədbəxt hadisə: 8 yaşlı uşaq hasarın altında qaldı
23:51 21.04.2025
Hadisə
"Bitkoin"in qiyməti 4 faiz artıb
23:37 21.04.2025
İqtisadiyyat
ABŞ-də sərnişin təyyarəsi havaya qalxmazdan əvvəl alovlanıb
23:20 21.04.2025
Hadisə
Papanın ölüm səbəbi açıqlandı
23:08 21.04.2025
Gündəm
Bu respublikada 1928-ci ilə qədər rəsmi dil Azərbaycan dili olub
22:43 21.04.2025
Tarix
Ankarada “Əkinçi” intellektual yarışı baş tutub
22:30 21.04.2025
Media
Bu fənlər üzrə monitorinq keçiriləcək - Nazir əmr imzaladı
21:36 21.04.2025
Cəmiyyət
“Instagram”da azyaşlıların hesablarına nəzarət gücləndirilir
21:22 21.04.2025
Dünya
Ömer Çelik: Terror dəftərini tamamilə bağlayacağıq
20:42 21.04.2025
Region
Maştağada dayı qızı və bibi qızı itkin düşdü
20:27 21.04.2025
Hadisə