Yeni radio kanalı yaradılır

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.

Bu barədə Lent.az -a MTRŞ-dən məlumat verilib. Bildirilib ki, iclasda yeni radio kanalının yaradılması məsələsi haqqında müzakirələr aparılıb və ümumrespublika radio kanalının açılması üçün Bakı və Abşeron ərazisində 102,0 MHz tezliyinə noyabrın 12-dən dekabrın 12-dək müsabiqə elan olunması barədə qərar qəbul edilib.