BDU-nun yeni sözçüsü hədəflərindən danışdı: “Belə bir planım yox idi”

Bakı Dövlət Universitetinə yeni mətbuat katibi təyin olunub. Belə ki, rektor Elçin Babayevin əmri ilə bundan sonra  Günel İsgəndər universitetdə həmin vəzifəni yerinə yetirəcək. O, həm də BDU-nun Jurnalistika fakültəsinin əməkdaşıdır. 

Sherg.az-a eksklüziv açıqlama verən Günel xanım yeni təyinatla bağlı bunları deyib: 

“Mənə göstərilən etimada görə universitet rəhbərliyinə təşəkkür edirəm. İşimə hələ yeni başlamışam. Təbii ki, belə bir planım yox idi. 2010-cu ildən Jurnalistika fakültəsində çalışıram, işlədiyim müddətdə pedoqoji fəaliyyətlə məşğul olmuşam. Universitetin mətbuat xidməti ilə sıx əməkdaşlığmız olub. Hazırda əsas məqsədimiz ictimaiyyətlə əlaqələri yüksək səviyyədə qurmaq, mətbuatla sıx əməkdaşlıq etmək, medianı lazımı imformasiyalarla təmin etməkdir”. 

Qeyd edək ki, bu günə kimi Jurnalistika fakültəsinin başqa bir müəllimi Pərvaə İbrahimova həmin vəzifəni icra edirdi. Bir neçə gün əvvəl Mətbuat və informasiya şöbəsinin adının dəyişilməsi ilə Pərvanə xanımın da buradakı fəaliyyətinə son qoyulmuşdu. Artıq bu qurum İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi adı ilə fəaliyyət göstərəcək.