Azərbaycan prezidenti İlham Əliyev kütləvi informasiya vasitələrinin əməkdaşlarına fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb.
"Sherg.az" xəbər verir ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutan ölkə başçısı tərəfindən kütləvi informasiya vasitələrinin inkişafında xidmətlərinə görə bir qrup jurnalistə “Əməkdar jurnalist”, “Əməkdar mədəniyyət işçisi” və fəxri adları verilib. Təltif olunanlar arasında "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlının da adı var.
P.S. "Şərq" qəzeti kollektivi olaraq baş redaktorumuz Akif Aşırlının timsalında mükafatlandırılan bütün həmkarlarımızı təbrik edirik.