Mətbuat Şurasının VIII qurultayı bu tarixdə keçiriləcək

Azərbaycan Mətbuat Şurasının VIII qurultayı sentyabrın 24-də keçiriləcək.
Bu barədə “Sherg.az"a Şura İdarə Heyətinin üzvü, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı məlumat verib.  
Qurultayda bir sıra təşkilatı məsələlərə baxılacaq, MŞ-in İdarə Heyətinə üzvlər və sədr seçiləcək. Qurultayın keçiriləcəyi məkan və saat barədə məlumat veriləcək.