"Hazırda Azərbaycan Mətbuat Şurasına 290-a yaxın üzv təşkilat qeydə alınıb. Onların müəyyən hissəsi fəaliyyətini dayandırıb, bəziləri isə Şura ilə əlaqələrini itiriblər. Hər bir üzv təşkilatın Şura ilə bağlılığını təsdiqləyən başlıca tələb üzvlük haqqının ödənməsidir".
"Sherg.az" xəbər verir ki, bu barədə öz Feysbuk profilində Azərbaycan Mətbuat Şurasının nümayəndəsi Əvəz Rüstəmov deyib. O qeyd edib ki, üzvlük haqqı ildə bir dəfə ödənməlidir:
"Gündəlik qəzetlər və informasiya agentlikləri üçün bu rəqəm 149.50, digər üzvlər üçün 99 AZN təşkil edir. Azərbaycan jurnalistlərinin VIII qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsi bildirir ki, qurultayda nümayəndə ilə təmsilçilik hüququnun müəyyənləşməsində üzv təşkilatın üzvlük haqqı tələbini nə dərəcədə yerinə yetirdiyi mütləq şəkildə nəzərə alınacaqdır".