Rusiya ilə Ukrayna arasındakı müharibə bir neçə jurnalistin həyatına son qoyub.
“Sherg.az” xəbər verir ki, bu barədə “Media Emblem Kampaniyası” şirkəti açıqlama yayıb.
Məlumata görə 2022-ci ildə 29 ölkədən 119 media işçisi qətlə edilib. Bu isə 2021-ci illə müqayisədə 79 jurnalist, yəni 45 faiz artım deməkdir.
Məlumatda jurnalistlərin qətlə yetirilməsinin 2018-ci ildən bu yana ən yüksək həddə çatdığı vurğulanıb.
Qeyd edək ki, 2022-ci ildə Latın Amerikasında 39, Avropada 37, Asiyada 30, Afrikada 7, Şimali Amerikada 2 nəfər media mənsubu öldürülüb.
Ukrayna müharibəsinin başladığı 24 fevral tarixindən bu yana ölkədə 34 jurnalistin həyatını itirdiyi vurğulanıb.
Digər sözügedən məqalədə dünyada hələ də 533 jurnalistin həbsdə olduğu, bunun keçən illə müqayisədə yüzdə 13.4 faiz artdığı qeyd edilib.
Senzura və təqibin pik həddə çatdığı Çində isə 110 media nümayəndəsinin dəmir barmaqlıqlar arxasına salındığı ifadə edilib.
Mənbə: HaberGlobal