MEDİA kollektivi “Ana harayı” abidəsini ziyarət edib – FOTO

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin kollektivi Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edib.
Sherg.az bildirir ki, Soyqırımı abidəsinin önünə gül dəstələri düzülüb, faciə qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib.