Azərbaycan dövlətin ən mühüm vəzifəsi vətəndaşının təhlükəsizliyini qorumaqdır
“Toplum TV”-nin ofisində axtarış-əməliyyat tədbirlərinin həyata keçirilməsi Qərb institutlarının medianı, jurnalistləri və ayrı-ayrı şəxsləri Azərbaycan qanunlarına zidd şəkildə maliyyələşdirməsinə dair ciddi dəllilərin müəyyən edilməsi ilə bağlıdır. Bundan əvvəl “Abzas Media” ilə bağlı oxşar tədbirlər həyata keçirilmişdi. Məlum istiqamət üzrə aparılan istintaq tədbirləri zamanı çoxsaylı qanun pozuntuları müəyyən edilmişdi. Faktlar geniş şəbəkə yaradılmaqla qanunsuz maliyyə maxinasiyalarının həyata keçirildiyinə və çirkli pulların yuyulduğuna dəlalət edir.
Maraqlıdır, son yaşanılanlar Azərbaycan mediasının nüfuzuna necə təsir göstərəcək?
Mövzu ilə bağlı “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev “Sherg.az”a açıqlamasında bildirib ki, belə hadisələrlə Azərbaycan mediasının reytinqini, reputasiyasını aşağı salmaq olmaz:
“Bu agentura şəbəkəsinin missionerlik fəaliyyətidir. Onlar hər hansı dövlətin və yaxud beynəlxalq təşkilatın misioneri olaraq tapşırıqlar yerinə yetirib. Bu cinayyət əməli faktı təsdiqlənib və cinayyət işi açılıb. Yəni, bunun media ilə əlaqəsi yoxdur. Sözsüz ki, belə halların yaşanmasını heç bir kəs istəməz. Bu cür hadisələr həm cəmiyyəti, həm də jurnalistikada illərdir canını qoymuş peşəkar jurnalistləri sarsıdır. Ancaq dövlətin ən mühüm vəzifəsi vətəndaşının təhlükəsizliyini qorumaqdır. Bu səbəbdən Qərbin və beynəlxalq təşkilatların missiyasını yerinə yetirən həmin missionerlər Azərbaycanla təhdid dili ilə danışa bilməzlər".
B.Quliyev vurğulayıb ki, dövlətimiz təhlüsizliyini müdafiə etməyi yaxşı bacarır:
"Bu cür addımların atılmasını başqa yərə yozaraq hadisələrlə manipuliyasiya etmək düzgün deyil. Bunu insan hüquqlarının və media azadlığının pozulması kimi dəyərləndirmək olmaz. Sadəcə olaraq, bu misionerlik fəaliyyətinin aşkar olunması və Azərbaycan tərəfindən var olan siyasətin qorunması əməlidir".