Mətbuat Şurası Ukraynada yaşayan azərbaycanlı jurnalist İdrak Camalbəylinin vəfatı ilə bağlı məlumat yayıb.
Bu barədə APA-ya Şuradan məlumat verilib.
Azərbaycan Mətbuat Şurası Ukraynada vəfat etmiş azərbaycanlı jurnalist İdrak Camalbəylinin ailə üzvlərinə, əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
1976-cı ildə Bakıda anadan olmuş İ.Camalbəyli 2003-cü ildən jurnalistikada olub. “Bakı xəbər” və “Ölkə” qəzetlərində, ANSPress.az və Missiya.az informasiya portallarında çalışıb. Ömrünün son illərini keçirdiyi Ukraynada Azərbaycan və xarici media orqanları üçün xəbərlər hazırlayıb. Ölkədə müharibə başlayan gündən indiyədək ən qaynar nöqtələrdən reportajlar yayımlayıb.
Allah jurnalist həmkarımıza rəhmət eləsin!" - Şuranın məlumatında qeyd edilib.