Media nümayəndələri Qazaxın işğaldan azad olunmuş Qızılhacılı kəndindən sonra Aşağı Əskipara və Bağanıs Ayrım kəndlərində olublar.
APA-nın yerli bürosunun məlumatına görə, media tur Dövlət Sərhəd Xidmətinin (DSX) təşkilatçılığı baş tutub. Mediya nümayəndələri sərhədçilərin xidməti ilə yerində tanış olublar
Burada ermənilərin törətdiyi vandalizmi yaxından görüblər. Jurnalistlər kəndlərdə dağıdılmış evlərə baxış keçiriblər.