“Sülh qovşağı” layihəsini kar qulaqlara eşitdirmək heç bir fayda verməyəcək -ŞƏRH
10:44 30.10.2024
Aktual
713
Ermənistan Baş nazirinin ofisi “Sülh qovşağı” təşəbbüsünü işıqlandırmaq üçün türk mediasının nümayəndələrini ölkəyə dəvət edəcək. Bunu Ermənistan Baş naziri Aparatının rəhbəri Araik Arutyunyan deyib. Arutyunyanın sözlərinə görə, yaxın günlərdə iranlı ekspertlərin də 4 gün davam edəcək səfəri planlaşdırılır. Bundan əlavə söyləyib ki, bu ilin sonu və ya gələn ilin əvvəlində Ermənistanda regionun bir sıra ekspert mərkəzlərinin nümayəndələrinin görüşü keçiriləcək. “Sülh qovşağı” əsas müzakirə mövzusu olmayacaq, amma yenə də ona toxunulacaq.
Politoloq Natiq Miri “Sherg.az”a söyləyib ki, “Sülh qovşağı” terminologiya kimi Zəngəzur ifadəsinin dövriyyəyə girməsindən sonra alternativ olaraq yaradılıb:
“Çünki Zəngəzur sözü beynəlxalq səviyyədə legitimləşib. Hər kəs bu ifadəni işlədir və Zəngəzur dəhlizindən danışır. Ona görə də Zəngəzur sözünün beynəlmiləşməsinə imkan verməmək üçün ermənilər “Sülh qovşağı” ifadəsini yaratmağa çalışdılar. Lakin sözügedən proses baş tutmadı. Bu gün regional və qeyri-regional ölkələrdə Zəngəzur dəhlizindən danışılır. Digər tərəfdən isə sözügedən layihə ortalığa atılması dolayısıyla Zəngəzurun dəhliz statusunda fəaliyyətinin qarşısını almağa hesablanıb. Həmin məsələdə Ermənistanın havadarları da prosesdə iştirak edirlər. Ermənistan “Sülh qovşağı” adı altında açılacaq yeni nəqliyyat-kommunikasiya sistemlərində Azərbaycanı əvəzləyəcək dövlətə çevrilmək istəyir. Bu isə Ermənistanın geosiyasi əhəmiyyətini artıracaq məsələdir. Ancaq bu mümkün deyil. Ermənistan açılacaq yeni nəqliyyat-kommunikasiya sisteminin sadəcə bir tərkib hissəsi olaraq “sülh qovşağı” prosesə qatıla bilər. Yəni körpü rolunu oynayacaq ölkə Ermənistan yox, Azərbaycandır. Ümumiyyətlə iki əsas qlobal nəqliyyat sistemi mövcuddur. Birincisi Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizidir ki, bu da Azərbaycandan keçir. İkincisi isə Asiya və Avropanı bağlayan Şərq-Qərb dəhlizi var ki, burada birləşdirici amil yenə Azərbaycandır. Azərbaycan hər iki dəhlizin kəsişdiyi yerdə yerləşir. Bundan başqa Azərbaycanın günü-gündən inkişaf edən müasir infrastrukturları var. Ermənistanın isə belə imkanları mövcud deyil. Ona görə də “Sülh qovşağı” layihəsini beynəlxalq səviyyədə təqdim etmək və kar qulaqlara bunu eşitdirmək heç bir fayda verməyəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya