Audiovizual Şura ATV-yə irad bildirib
07:50 22.11.2023
Media
830
Audiovizual Şura efirdə aparıcının Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Xalq yazıçısı Çingiz Abdullayevlə bağlı səsləndirdiyi ifadələrə münasibət bildirib.
Şuranın Aparat rəhbəri Fazil Novruzov APA-nın sorğusuna cavab olaraq bildirib ki, ATV televiziya redaksiyasının (kanalının) efirində 13 noyabr 2023-cü il tarixində saat 07.30–10.00 arası yayımlanan “Xəbərin olsun” proqramı Şura tərəfindən monitorinq olunub.
Şura rəsmisinin sözlərinə görə, ilkin araşdırmaya əsasən, proqram zamanı aparıcı tərəfindən səsləndirilən fikirlər (Xalq yazıçısı Çingiz Abdullayevin kitablarına münasibətdə) “Media haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.7-ci maddəsinin tələbinin (şərəf və ləyaqətin alçaldılmasına, işgüzar nüfuzun ləkələnməsinə yol verilməməlidir) pozulması kimi qiymətləndirilə bilər: “Lakin bu halın dəqiq müəyyən olunması məhkəmə predmeti olduğundan həmin proqramla bağlı müvafiq tədbirlərin tətbiq olunması Şuranın səlahiyyətləri xaricindədir”.
Fazil Novruzov eyni zamanda, diqqətə çatdırıb ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə əsasən, media subyekti tərəfindən fiziki şəxsin şərəf və ləyaqətini, fiziki və hüquqi şəxsin işgüzar nüfuzunu ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar yayıldıqda, fikirlər təhrif olunduqda fiziki şəxsin özünün və ya nümayəndəsinin, hüquqi şəxsin rəhbərinin, yaxud səlahiyyətli nümayəndəsinin həmin media subyektində 1 ay müddətində cavab vermək, habelə media subyektindən həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, üzr istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ var.
“Həmçinin, bildiririk ki, bu hadisə ilə bağlı “Azad Azərbaycan” Müstəqil Tele-radio Kompaniyasına tərəfimizdən irad bildirilib və müvafiq tövsiyələr verilib”, - o əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: "ABŞ İranla bağlı qərarını tezliklə verəcək"
23:38 13.10.2026
Aktual
"Qarabağ" "Sabah"ı təbrik etdi
23:19 13.10.2026
Futbol
Trampdan husilərə xəbərdarlıq: "Mən bunu heç vaxt unutmayacağam"
23:00 13.10.2026
Dünya
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət