Düşmən hücumuna məruz qalan azərbaycanlı jurnalist: "Küçədə 50-ə yaxın erməni..."
14:27 04.12.2019
Media
702
Rusiyanın Krasnodar diyarının Armavir şəhərində AzTV-nin əməkdaşına hücum edilməsi barədə xəbər verimişdik. Publika.az xəbər verir ki, hadisə erməni faşist cəlladı Qaregin Njdenin xatirə lövhəsinin sökülməsi zamanı baş verib. Belə ki, Armavirdə yaşayan ermənilərin bir qrupu Azərbaycan Televiziyasının məsələ ilə bağlı burada çəkiliş aparan əməkdaşlarına hücum çəkərək onlara xəsarət yetirib, kameranı sındırıblar.
Xüsusi müxbir Zakir Musayev bildirir ki, hadisə canlı bağlantıdan sonra baş verib:
“Səhər saat 10 radələri idi. Canlını bitirdim, çəkilmiş materialı efirə göndərmək üçün interneti olan kafeyə girdik. Üstündən 2 dəqiqə keçmədi ki, arxamızca kafeyə 4 nəfər erməni girdi. Üstümüzə qışqırıb, bizi təhqir etməyə başladılar. Kafe sahibəsi qadın əvvəl onları qovmaq istəsə də, erməni olduqlarını biləndən sonra onlara qoşuldu. Daha sonra bizi kafedən çölə atdılar”.
Musayevin sözlərinə görə, küçədə 50-ə yaxın erməni azərbaycanlı jurnalisti mühasirəyə alaraq, onun kompüterini əlindən almağa cəhd göstərib. Məsələyə polis müdaxilə etsə də, azğınlaşmış qrup polisin işinə belə mane olmağa çalışıb:
“Artıq küçədə bizi çoxsaylı erməni gözləyirdi. Hamısı təhqir edir, bəziləri isə bizə güc tətbiq etməyə çalışırdı. Həm özümüzə, həm də texnikamıza hücum etməyə başladılar. Əlbəyaxa oldular, kameramızı təpiklə vurdular və sındırdılar. Beləcə günümüz küçələrdə, polisdə və tibbi ekspertizada keçdi”.
Qeyd edək ki, xüsusi müxbir Armavirdə ötən ay çəkiliş apararkən də ermənilərin müdaxiləsi ilə rastlaşmışdı.
Azərbaycan Mətbuat Şurası Azərbaycan Televiziyasının Rusiya üzrə xüsusi müxbiri Zakir Musayevin fəaliyyət göstərdiyi ölkənin Krasnodar vilayətinin Armavir şəhərində peşə fəaliyyətini yerinə yetirərkən təzyiqə məruz qalması ilə bağlı Rusiya Jurnalistlər İttifaqına müraciət ünvanlayıb.
Müraciətdə eyni zamanda bildirilib ki, söz və ifadə azadlığını boğmağa, jurnalistin peşə fəaliyyətinə zorakı üsullarla mane olmağa yönələn bu hadisə Azərbaycan cəmiyyətində, eləcə də media ictimaiyyətində dərin hiddət və təəssüf hissi doğurub: “Baş vermiş hadisəyə qanun çərçivəsində layiqli qiymətin verilməsi oxşar halların gələcəkdə təkrarlanmaması baxımından önəmli və zəruridir. Əminik ki, nəinki Rusiyanın, eləcə də dünyanın aparıcı media qurumlarından olan Rusiya Jurnalistlər İttifaqı məsələyə münasibətdə adekvat hüquqi tədbirin seçilməsinə öz dəstəyini əsirgəməyəcək. Sizdən bununla bağlı müvafiq kömək göstərməyinizi xahiş edirik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Krasnodar hava limanı bağlandı
01:53 30.08.2026
Dünya
Kiyevdə hava hücumundan sonra anbarlarda yanğın baş verib
01:20 30.08.2026
Dünya
Bu gün Türkiyədə Zəfər Bayramıdır
01:18 30.08.2026
Dünya
Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı - FOTO
01:11 30.08.2026
İqtisadiyyat
Könül Kərimovanın qızı boşanıb
00:31 30.08.2026
Şou
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
00:12 30.08.2026
Hadisə
"Manset.az" redaksiyasının ofisi yandı
00:08 30.08.2026
Hadisə
Dambrauskas "Sabah"ın rəqiblərindən danışdı - Video
00:00 30.08.2026
Futbol
Cem Yılmaz xəstəxanaya yerləşdirildi
23:07 29.08.2026
Mədəniyyət
İranda daha 28 nəfər edam edildi
22:44 29.08.2026
Region
Qrossi: Zaporojye AES-in tam sönməsinə 10 gün qaldı
22:29 29.08.2026
Dünya
Norveçin yeni kralı Haakon ilk dəfə çıxış edəcək
21:45 29.08.2026
Dünya
Bloomberg: Respublikaçılar Konqresdə çoxluğu itirə bilərlər
21:17 29.08.2026
Dünya
Tramp CNN telekanalını kəskin tənqid edib
20:42 29.08.2026
Gündəm
Moskvadan İrəvana sərt cavab: Bu, manipulyasiyadır
20:33 29.08.2026
Dünya
Yuxudan duran kimi su içmək təhlükəlidir - Həkimdən XƏBƏRDARLIQ
20:23 29.08.2026
Sağlamlıq