MEDİA “Sərhədsiz Reportyorlar” təşkilatına etiraz məktubu göndərib
Yusif Nəzərli
10:04 29.11.2021
Media
661
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi “Sərhədsiz Reportyorlar” təşkilatına məktub ünvanlayıb.
Bu barədə "Sherg.az"a Agentlikdən məlumat verilib.
Məktubda qeyd olunub ki, adıçəkilən təşkilatın rəsmi veb-saytında (https://rsf.org/en/azerbaijan) iki nəfər jurnalistin Azərbaycanda qətlə yetirilməsi barədə məlumat yerləşdirilib, lakin hadisənin hansı səbəbdən baş verməsi və əsl mahiyyəti açıqlanmayıb. Məktubda bu halın qeyri-obyektiv nəticələrin meydana çıxmasına zəmin yaratdığı vurğulanaraq bildirilib: "Həmin məlumat təhrif olunub və qərəzli şəkildə Azərbaycanın əleyhinə istifadə edilir. Ermənistanın 30 il ərzində işğal altında saxladığı ərazilərdə hazırkı vəziyyəti işıqlandıran azərbaycanlı jurnalistlərin həlak olmasının məsuliyyətini Azərbaycanın üzərinə qoymaq cəhdi yolverilməzdir və əsassız yanaşmaların formalaşmasına zəmin yaratmaqdan başqa bir şey deyil".
Məktubda o da vurğulanıb ki, 2021-ci ilin iyun ayının 4-də AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AZTV-nin operatoru Sirac Abışov Ermənistanın 30 illik işğalından azad olunmuş Azərbaycan Respublikasının ərazilərində öz vəzifə borclarını yerinə yetirərkən Kəlbəcər rayonunun Susuzluq kəndində ermənilərin yolun hərəkət istiqamətində yerləşdirdiyi minaya düşərək şəhid olublar. Onlara olan dərin ehtiram və minnətdarlığın ifadəsi olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş bir qrup şəxsin 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında" sərəncam imzalamışdır.
Qeyd olunub ki, 2021-ci ilin iyun ayının 9-da Medianın İnkişafı Agentliyi tərəfindən baş vermiş hadisəyə dair "Sərhədsiz Reportyorlara" bəyanat göndərib. Göndərilən bəyanatda insident barədə ətraflı məlumat verilmiş və hadisənin dəqiq və qərəzsiz işıqlandırılmasında beynəlxalq vətəndaş cəmiyyəti təşkilatlarının dəstəyinə müraciət edilmişdir.
Məktubda bildirilib: "Biz bir daha sizə müraciət edərək, iki nəfər jurnalistin müharibənin bitməsindən 7 ay sonra Ermənistanın törətdiyi müharibə cinayətinin qurbanı olduqlarını və erməni hərbiçilərinin yerləşdirdikləri minaya düşərək həyatlarını itirdiklərini bildirir və bu faktı nəzərə almağınızda israr edirik".
Məktubda, həmçinin xəbər və məruzələrin hazırlanması zamanı Medianın İnkişafı Agentliyi də daxil olmaqla, çoxsaylı mənbələrdən istifadə edilməsinin onların dəqiqliyi, obyektivliyi və etibarlılığının artırılması baxımından xüsusi əhəmiyyət daşıdığı və ixtilafa yol açan halların aradan qaldırılmasında müstəsna rol oynayacağı diqqətə çatdırılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İrandan sonra Kubaya “yeni həyat” vəd etdi
21:15 07.03.2026
Gündəm
Efiopiyanın Baş naziri İlham Əliyevə zəng edib
20:38 07.03.2026
Rəsmi
Metroda cibgirlik edən şəxs saxlanılıb
20:25 07.03.2026
Hadisə
Rusiyadan Azərbaycan və İrana çağırış
20:08 07.03.2026
Dünya
Sabah Ramazanın ilk Qədr gecəsidir
19:53 07.03.2026
Dünya
Liviya Prezident Şurasının Sədri Azərbaycan liderinə zəng edib
19:09 07.03.2026
Rəsmi
Savaş dayanandan sonra qızıı bahalaşa bilər -İqtisadçı
18:55 07.03.2026
İqtisadiyyat
Türkiyə Şimali Kiprə F-16-lar göndərir
18:27 07.03.2026
Dünya
İran Körfəzdə neft tankerinə PUA ilə hücum edib
17:56 07.03.2026
Dünya
Bayramov TDT Baş katibi ilə İranın dron hücumlarını müzakirə edib
17:25 07.03.2026
Siyasət
Bayram Beqay İlham Əliyevə zəng edib, İranın dron hücumunu qınayıb
17:16 07.03.2026
Rəsmi
Azərbaycan və Türkiyə XİN rəhbərləri görüşüb
16:47 07.03.2026
Siyasət
Polis odlu silah-sursat aşkar etdi
16:34 07.03.2026
Hadisə
İranda dərslər ilin sonuna qədər onlayn olacaq
16:00 07.03.2026
Dünya
Tramp: İran bu gün çox güclü zərbə alacaq
15:41 07.03.2026
Dünya
Avstriya səfiri İrandan təxliyə olundu
15:25 07.03.2026
Gündəm