Mətbuat Şurası Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Yusif Nəzərli
14:44 24.12.2021
Media
408
Azərbaycan Mətbuat Şurası Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Şuradan “Sherg.az”a verilən məlumata görə, məktubda bildirilib ki, 11 aprel Prezident seçkiləri Azərbaycanın taleyində son dərəcə mühüm əhəmiyyət daşıyan hadisədir. Xalqımız bu prosesdə nəinki dövlət başçısını seçdi, eyni zamanda Vətənimizin daha da qüdrətlənməsinə aparan yolun davamına səs verdi. Azərbaycan jurnalistlərinin Prezident seçkilərinin nəticələrinə verdiyi qiymət məhz bundan ibarətdir: “Möhtərəm cənab Prezident, Sizin Azərbaycana rəhbərliyiniz vətəndaş rifahının, ictimai asayişin və sabitliyin qorunması ilə yanaşı, ölkədə söz azadlığının dərinləşməsinə, plüralist fikrin sərbəst ifadə edilməsinə yönələn demokratik dəst-xəttin inkişafı baxımından mühüm şərtdir. Həyata keçirdiyiniz media siyasəti də buna söykənməklə kütləvi informasiya vasitələrimizin maddi-texniki bazasının gücləndirilməsini, jurnalistlərimizin sosial-məişət şəraitlərinin yaxşılaşdırılmasını, ümumən jurnalistikanın dövlət idarəçiliyindəki funksiya və vəzifələrinin dolğun şəkildə vurğulanmasını nəzərdə tutur. Media təmsilçilərimiz bunu daim yüksək qiymətləndirir, Sizin onlara dost münasibətinizə böyük dəyər verirlər” kimi fikirlərin yer aldığı təbrik məktubunda həmçinin bildirilib ki, jurnalistlərin Prezidentlə dostluğu həm də bənzərsiz tərəfdaşlıq örnəyi, dövlətimiz və xalqımız naminə səmərəli işbirliyinin təkrarsız nümunəsidir: “11 aprel qələbəniz bu nümunənin cəmiyyətimizə gələcək faydaları üçün müstəsna təminatdır. Möhtərəm cənab Prezident, Prezident seçkilərində qalib olmağınız münasibəti ilə Sizi təbrik edir, Vətənimiz Azərbaycanın daha da çiçəklənməsinə yönələn yorulmaz fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsrail Makronu Livanla danışıqlara buraxmaqdan imtina edib
19:50 10.04.2026
Dünya
Tramp “dünyanın ən güclü yenidən qurulması” barədə açıqlama verdi
19:27 10.04.2026
Gündəm
ABŞ-la danışıqlara Pezeşkian özü getdi
19:25 10.04.2026
Dünya
Cənubi Qafqazda sabitlik Azərbaycanın sayəsində qurulur - ŞƏRH
18:45 10.04.2026
Gündəm
Azərbaycan-Çin hərbi əməkdaşlığı müzakirə oklunub
18:17 10.04.2026
Dünya
IDF: Livanda 1 400-dən çox Hizbullah üzvü zərərsizləşdirilib
17:57 10.04.2026
Dünya
Naxçıvanda Ombudsman təsisatı ləğv edilib
17:35 10.04.2026
Cəmiyyət
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
17:14 10.04.2026
Ekologiya
Generalın rəhbəri olduğu şirkətin əmlakı müsadirə olundu
16:42 10.04.2026
Cəmiyyət