Ölkə faciə hayında, TV-lər şou axtarır
Yusif Nəzərli
14:41 03.12.2021
Media
587
Xəbər verdiyimiz kimi, noyabrın 30-da Azərbaycanda hərbi helikopter qəzaya uğrayıb. Hadisə Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo¬nunda təlim uçuşlarını yerinə yetirərkən baş verib. Nəticədə 14 nəfər həlak olub.
Buna görə də xalq olaraq kədərli günlər yaşadıq, yaşayırıq. Belə bir zamanda televiziya kanalları heç nə olmamış kimi şou proqramları, çal-çağırdan geri qalmayıb. Həmin 14 şəhidə yalnız 14 ailə deyil, el ağladı, ağlayır. Halbuki efirlərdə musiqili proqramlar əvəzinə qəzanın baş vermə səbəblərinə dair müzakirələr aparılmalı, ictimaiyyətə dolğun məlumatlar çatdırılmalı idi. Amma...
“Amma” dan sonrakı fikirlərimizin ardını media eksperti Zeynal Məmmədli tamamladı. O “Sherg.az”a söylədi ki, böyük faciə yaşanıb və bu 14 nəfərin xatirəsini yad edib yaşatmaq boynumuzun borcudur:
“Amma TV və radiolara musiqili verilişləri yasaqlamaq, qadağa yolunu seçmək başqa suallar doğuracaq. Məsələn, “Daha hansı hallarda belə qadağaları məcburi saymaq olar” sualı yaranacaq. Həmin sualı cavablamaq heç də asan deyil.
Dərinə getmədən təkcə bunu deyə bilərəm ki, belə hallarda TV və radiolar üçün vəzifə təlimatları olmalı və həmin yazılı göstərişdə bütövlükdə milli matəm sayıla biləcək hallarda necə davranmaqla bağlı qaydalar əksini tapmalıdır.
Bunu dövlətdən maliyyələşən TV və radiolar edə bilər, özəl şirkətlər fərqli qərarvermə səlahiyyətindədir. Çox güman, tamaşaçı və ya dinləyici auditoriyasının reaksiyası onlara bəlli təcrübə qazandıracaq. Özəl şirkətlər isə verəcəyi qərarların etik və peşəkar öhdəliklərinə uyğun gəlməsinə müstəqil seçəcəklər.
Məcburiyyətdən gələn “sayqı”nı gerçək hörmət sayma düşüncəsindən çox uzağam. Tərbiyən olduğu və yol verdiyi qədər tərbiyəli davranacaqsan”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan ICAPP-ın Qadın Qolunun toplantı iştirakçılarını qəbul edib
22:00 10.04.2026
Region
Tramp: İranlılar bu gün yalnız danışıqlara görə sağdır
21:47 10.04.2026
Gündəm
Orban: Ukrayna NATO-ya üzv ola bilməyəcək
21:34 10.04.2026
Dünya
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
21:23 10.04.2026
Dünya
ABŞ danışıqlar masasında güc kartını oynayır - ŞƏRH
21:15 10.04.2026
Siyasət
Tatlısəsin görüntüləri yayıldı: Ərdoğan ziyarətə adam göndərdi
20:14 10.04.2026
Mədəniyyət
Didye Deşam "Real"ın baş məşqçisi ola bilər
20:00 10.04.2026
Futbol
İsrail Makronu Livanla danışıqlara buraxmaqdan imtina edib
19:50 10.04.2026
Dünya
Tramp “dünyanın ən güclü yenidən qurulması” barədə açıqlama verdi
19:27 10.04.2026
Gündəm
ABŞ-la danışıqlara Pezeşkian özü getdi
19:25 10.04.2026
Dünya
Cənubi Qafqazda sabitlik Azərbaycanın sayəsində qurulur - ŞƏRH
18:45 10.04.2026
Gündəm
Azərbaycan-Çin hərbi əməkdaşlığı müzakirə oklunub
18:17 10.04.2026
Dünya