Vətən müharibəsinə həsr olunan fotojurnal işıq üzü görüb
Yusif Nəzərli
15:42 17.11.2021
Media
543
Azərbaycanın 44 günlük Vətən müharibəsinə həsr edilən ilk fotojurnalın təqdimat mərasimi keçirilib.
"Report" xəbər verir ki, ölkənin tanınmış fotoqrafları Əziz Kərimov, Roman İsmayılov və Ehtiram Cəbiyevin ikinci Vətən müharibəsində lenta aldığı fotolardan ibarət jurnalın təqdimat mərasimi keçirilib.
Mərasimdə tanınmış ictimaiyyət xadimləri, ziyalılar, jurnalistlər, hərbçilər, diplomatlar, din xadimləri iştirak ediblər.
Mərasim şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Visiontv.az xəbər portalının baş redaktoru Şöhrət El-Dəniz bildirib ki, bu gün təqdim olunan jurnalda müəlliflər həyəcan, emosiya, sevgi və nifrəti öz çəkdiyi fotolarla çatdırıblar: "Rəşadətli ordumuzun əldə etdiyi şanlı zəfərdə jurnalistlərimizin, eləcə də fotoqraflarımızın böyük əməyi olub. Onlar 44 günlük Vətən müharibəsində ən ekstremal şəraitdə düşmən gülləsi ilə üzbəüz dayanaraq o anları fotolara əks etdirə biliblər. Bu sahədə onların əməyini yüksək qiymətləndiririk".
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli siyasəti nəticəsində müzəffər ordumuz işğal altında olan torpaqları azad edərək qələbəni bəxş edib: "Ümummilli lider Heydər Əliyevin siyasi xəttinin davamçısı Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin “Dəmir yumruğu”nun ətrafında Azərbaycan xalqı sıx birləşərək düşmənə qarşı böyük fəxarətlə vuruşdu. 44 günlük Vətən müharibəsində jurnalistlərin də əməyi qiymətləndirilir. Məhz jurnalistlərin düzgün və operativliyi nəticəsində cəmiyyətə dolğun və vaxtında informasiyalar çatdırıldı. Fotoqrafların cəbhədə çəkdiyi fotolar həm ölkəmizin, həm də xarici medianın gündəmində oldu. Bu gün təqdim edilən jurnal böyük əhəmiyyətə malikdir".
Daha sonra çıxış edən fotoqraflar müharibə ilə bağlı xatirələrini bölüşüblər. Onlar Azərbaycanın igid hərbçilərinin torpaqlarımızın düşmən tapdağından azad edilməsi naminə ölümə getməyə hazır olduqlarını, dinc sakinlərin isə Ermənistan silahlı qüvvələrinin ağır artilleriya atəşinə və raket hücumlarına baxmayaraq, ordumuzdan dayanmamağı və sona kimi getməyi xahiş etdiklərini söyləyiblər.
Tədbirin sonunda fotoqraflar Əziz Kərimov, Roman İsmayılov və Ehtiram Cəbiyev Visiontv.az xəbər portalı tərəfindən "Fəxri Fərman"la təltif olunublar.
Qeyd edək ki, Ehtiram Cəbiyev "Report" İnformasiya Agentliyinin əməkdaşıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan ICAPP-ın Qadın Qolunun toplantı iştirakçılarını qəbul edib
22:00 10.04.2026
Region
Tramp: İranlılar bu gün yalnız danışıqlara görə sağdır
21:47 10.04.2026
Gündəm
Orban: Ukrayna NATO-ya üzv ola bilməyəcək
21:34 10.04.2026
Dünya
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
21:23 10.04.2026
Dünya
ABŞ danışıqlar masasında güc kartını oynayır - ŞƏRH
21:15 10.04.2026
Siyasət
Tatlısəsin görüntüləri yayıldı: Ərdoğan ziyarətə adam göndərdi
20:14 10.04.2026
Mədəniyyət
Didye Deşam "Real"ın baş məşqçisi ola bilər
20:00 10.04.2026
Futbol
İsrail Makronu Livanla danışıqlara buraxmaqdan imtina edib
19:50 10.04.2026
Dünya
Tramp “dünyanın ən güclü yenidən qurulması” barədə açıqlama verdi
19:27 10.04.2026
Gündəm
ABŞ-la danışıqlara Pezeşkian özü getdi
19:25 10.04.2026
Dünya
Cənubi Qafqazda sabitlik Azərbaycanın sayəsində qurulur - ŞƏRH
18:45 10.04.2026
Gündəm
Azərbaycan-Çin hərbi əməkdaşlığı müzakirə oklunub
18:17 10.04.2026
Dünya